Qızıl neçəyə oldu?- Yeni qiymət
15 Dekabr 2025, 09:38
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
335
04.04.2025, 09:44
Pensiya kapitalı ilə bağlı məsələ yenidən gündəmə gəlib. Qeyd olunur ki, şəxs pensiya yaşına çatmamış vəfat edərsə, onun kapitaldan yaxınları, övladları belə istifadə edə bilmir. Maraqlıdır ki, ölümündən sonra vətəndaşın hansısa kredit borcları mütləq ödənilməlidir, yəni bu, varislərə ötürülür.
Pensiya yaşına çatmamış yığılan kapitaldan niyə istifadə etmək olmur? Bununla bağlı hansı addımlar atılmalıdır?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, vətəndaşların pensiya yaşlarına çatmamışdan öncə kapitallarından istifadə edə bilmələri bir neçə aspektdən vacibdir:
Həmçinin oxuyun
“Onlar üçün bu hüquq mütləq tanınmalıdır. Vətəndaşlar öz pensiya kapitallarının yığımında maraqlı olmalı və həcminin artmasına səy göstərməlidirlər. Həmçinin onların öz pensiya kapitalından istifadə etməsi, həmişə təminatlı xarakter daşımalıdır. Hər hansı şəxs əgər müəyyən dövr ərzində işləyərək bu və ya digər məbləğdə pensiya kapitalı toplayıbsa, əlbəttə, ədalətli olan budur ki, həmin vəsaiti məhz özü mənimsəyə bilsin. Başqa sözlə, vətəndaşa qismət olsun. Məsələn, səhhətində problem varsa, bundan pensiya yaşına çıxmamış istifadə etsin. Yaxud normal yaşayış şəraiti yoxdursa və ya bunu yaxşılaşdırmaq məqsədilə borca giribsə, ipoteka götürübsə, ödəmək üçün yararlansın. Övladının və ya özünün ixtisas səviyyəsi, təhsili ilə bağlı maddi dəstəyə ehtiyacı varsa, bundan ötrü həmin vəsaitdən xərcləsin və sair… Ümumiyyətlə, hər hansı bir fərd tutaq ki, 25-30 illik əmək fəaliyyəti fonunda məcburi dövlət sosial sığorta haqqı ödənişi hesabına müəyyən məbləğdə pensiya kapitalı vəsaiti yığıbsa, nəyə görə ondan 65 yaşı tamam olduqdan sonra yararlanmalıdır?”
İqtisadçı bildirib ki, bütün qeyd olunanlar yaxın zamanda ölkəmizdə də qanunvericilik əsasında təsbitini tapacaq:
“İndiyədək bu məsələ ona görə reallaşmırdı ki, vəsait yox idi. 2019-cu ildən bəri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi təkmilləşməkdə davam etsə də, hələ də dövlət büdcəsindən asılılıq var. Xatırladım ki, məcburi dövlət sosial sığorta haqqı ödənişi hesabına pensiya kapitalı yığımı vətəndaşı əmək fəaliyyətini dayandırdıqdan sonra pensiya ilə təmin etmək üçündür. Pensiya kapitalından istifadə hüququnun tanınması ilə bu sahədə sosial sığorta ödənişlərinin sürətini və həcmini artırmaqla DSMF-nin büdcəsi də daha məqsədəuyğun həcmə gəlib çıxa bilər. O cümlədən, özəl pensiya fondlarının yaranması üçün əlavə işıq ucu açılar”.
09:29 / 16 Dekabr 2025
1
09:25 / 16 Dekabr 2025
9
09:18 / 16 Dekabr 2025
10
08:23 / 16 Dekabr 2025
31
08:21 / 16 Dekabr 2025
31
08:19 / 16 Dekabr 2025
41
00:25 / 16 Dekabr 2025
467
00:14 / 16 Dekabr 2025
131
00:03 / 16 Dekabr 2025
96
23:55 / 15 Dekabr 2025
84
23:51 / 15 Dekabr 2025
1049
23:45 / 15 Dekabr 2025
79
23:28 / 15 Dekabr 2025
104
23:25 / 15 Dekabr 2025
69
23:21 / 15 Dekabr 2025
179
23:14 / 15 Dekabr 2025
87
23:08 / 15 Dekabr 2025
90
23:02 / 15 Dekabr 2025
85
22:54 / 15 Dekabr 2025
71
22:49 / 15 Dekabr 2025
99
22:48 / 15 Dekabr 2025
79
22:31 / 15 Dekabr 2025
123
22:27 / 15 Dekabr 2025
88
22:09 / 15 Dekabr 2025
699
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.