ƏDV ilə bağlı YENİLİK
16 Dekabr 2025, 10:15
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
646
12.03.2025, 15:10
Birbank-da daşınmaz əmlak üzrə ƏDV-nin 30%-ni geri almaq imkanı davam edir
Müasir və innovativ həlləri ilə müştərilərinə daim faydalı imkanlar təqdim edən Birbank daşınmaz əmlak sahibləri üçün sərfəli imkanlar yaradır. Belə ki, Azərbaycan Respublikası ərazisində yaşayış və qeyri-yaşayış sahələri alanlar ödəmiş olduqları ƏDV-nin 30%-ni geri ala bilərlər.
ƏDV-nin geri qaytarılması üçün alıcı ödənişi nağdsız qaydada tam şəkildə etdikdən sonra 90 gün ərzində müraciət etməlidir. Bu xidmət yalnız 500 kvadratmetrdən çox olmayan və yalnız mənzil-tikinti kooperativlərindən (MTK) alınan yaşayış və ya qeyri-yaşayış əmlaklarına şamil edilir.
Bu imkandan faydalanmaq üçün www.e-taxes.gov.az portalında qeydiyyatdan keçmək və tələb olunan sənədləri təqdim etmək kifayətdir.
Bu xidmət sayəsində daşınmaz əmlak alarkən əlavə qənaət etmək və maliyyə yükünü azaltmaq mümkündür. Həmçinin, müştəri toplanmış ƏDV məbləğlərini Birbank tətbiqində Birbank kartlarına komissiyasız və limitsiz şəkildə köçürmək şansı qazanır.
Qeyd edək ki, daşınmaz əmlak üzrə ƏDV geri qaytarılarkən, geri qaytarılan məbləğin 0.5%-i xidmət haqqı kimi avtomatik olaraq müştərinin hesabından tutulur.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir.
Həmçinin oxuyun
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
00:36 / 17 Dekabr 2025
10
00:32 / 17 Dekabr 2025
16
00:24 / 17 Dekabr 2025
26
23:40 / 16 Dekabr 2025
371
23:04 / 16 Dekabr 2025
578
22:25 / 16 Dekabr 2025
58
22:19 / 16 Dekabr 2025
323
22:05 / 16 Dekabr 2025
71
20:53 / 16 Dekabr 2025
618
20:13 / 16 Dekabr 2025
763
20:07 / 16 Dekabr 2025
319
20:05 / 16 Dekabr 2025
269
19:58 / 16 Dekabr 2025
142
19:53 / 16 Dekabr 2025
96
18:06 / 16 Dekabr 2025
2090
17:55 / 16 Dekabr 2025
103
17:51 / 16 Dekabr 2025
108
17:39 / 16 Dekabr 2025
4775
17:35 / 16 Dekabr 2025
136
17:26 / 16 Dekabr 2025
100
17:23 / 16 Dekabr 2025
112
16:39 / 16 Dekabr 2025
110
16:00 / 16 Dekabr 2025
176
15:56 / 16 Dekabr 2025
125
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.