Kartdan oğurlanan pulları 1 saat ərzində qaytarmaq mümkündür -VİDEO
04 May 2025, 10:33
Qaynar xətt:
(+99450) 247 90 86Birbank Biznes-dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci Qadınlar” yarmarkası
İQTİSADİYYAT
418
03.03.2025, 17:09
Birbank Biznes 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qadın sahibkarları dəstəkləmək məqsədilə xüsusi təşəbbüs həyata keçirir. 6-7 mart 2025-ci il tarixlərində, saat 11:00-19:00 aralığında Passage-1901 ünvanında baş tutacaq “Hər İşdə Birinci Qadınlar” yarmarkası qadın sahibkarların öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi, satış imkanlarını artırması, eləcə də yeni müştəri və tərəfdaşlarla əlaqə qurması üçün unikal platforma rolunu oynayacaq.
Yarmarka çərçivəsində hər iki gün aktual mövzularda panel müzakirələr də baş tutacaq. Panel sessiyaları qadın sahibkarlığının inkişafı, dövlət və özəl sektor əməkdaşlıqları, eləcə də uğura gedən yolda xanımların motivasiyasına həsr olunacaq.
Tədbirin ilk panel müzakirəsi 6 mart tarixində saat 11:00-da baş tutacaq. “Gücümüzü birləşdirək: Tərəfdaşlıqdan uğura” mövzusuna həsr olunan bu sessiyada dövlət qurumları və özəl sektor arasında əməkdaşlıq imkanları, qadın sahibkarlığının inkişafında bu tərəfdaşlıqların rolu müzakirə ediləcək. Panel COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü, Ayan Nəcəfin moderatorluğu ilə keçiriləcək. Panelin spikerləri Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan Kapitalı və Təşkilati İnkişaf üzrə Baş İnzibatçı, eyni zamanda “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının İdarə Heyətinin üzvü Fərqanə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və “PASHA Real Estate Group”un Baş Əməliyyat İnzibatçısı Svetlana Əliyevadır.
7 mart tarixində saat 11:00-da keçiriləcək ikinci panel isə “Uğurun adı: Qadın” mövzusunda olacaq. Paneldə təməldən öz brendini formalaşdıran qadın sahibkarlar təcrübələrini və qazandıqları uğurun hekayəsini paylaşacaqlar. Bu sessiyanın moderatoru Bir ekosisteminin Məhsul və Marketinq idarəsi üzrə müşaviri Günel Mavliyarovadır. Spikerlər arasında AMFA-nın icraçı direktoru, ASK-nın vitse-prezidenti, KOBİA İctimai Şurasının üzvü Jalə Hacıyeva, “CosybyMadi” brendinin təsisçisi Mədinə Quliyeva və “Ballı Bisi” şirniyyat evinin qurucusu Esmira Quluzadə yer alacaq.
Birbank Biznes bu təşəbbüslə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir. Bununla yanaşı yarmarka ziyarətçilərə ölkənin müxtəlif biznes istiqamətində fəaliyyət göstərən qadın sahibkarların məhsul və xidmətləri ilə tanış olmaq, onları dəstəkləmək və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmaq şansı yaradacaq. 6-7 mart tarixlərində, saat 11:00 dan 19:00 qədər “Passage 1901” ünvanında keçiriləcək yarmarkaya hər kəs dəvətlidir.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
Həmçinin oxuyun
23:59 / 04 May 2025
Azərbaycan vətəndaşı Rusiyada faciəvi şəkildə həlak oldu - FOTO
1
23:55 / 04 May 2025
Bu yolda sürət həddi endirildi
2
23:48 / 04 May 2025
Xaçmazda 73 yaşlı kişi intihar edib
7
23:38 / 04 May 2025
Moskvada yaşayış binasında güclü partlayış - Yaralılar var
10
22:12 / 04 May 2025
Dünya qərara gəldi ki, Rusiyanı bitirmək lazımdır - Putin
99
21:35 / 04 May 2025
Putin soyuducusunun içini göstərdi - VİDEO
87
21:15 / 04 May 2025
Ağır qəza baş verib - Yaralılar var
420
21:11 / 04 May 2025
AZAL İsrailə uçuşları dayandırıb?
62
20:33 / 04 May 2025
SON DƏQİQƏ! DİN bəyanat yaydı
1225
19:15 / 04 May 2025
Azərbaycan mədəniyyətinə ağır itki - FOTO
1552
18:07 / 04 May 2025
Onkoloqların tövsiyə etdiyi xərçəng əleyhinə səhər yeməyi
94
17:39 / 04 May 2025
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
271
15:54 / 04 May 2025
Günəşdən gələn təhlükə - Yeni araşdırma həyəcan siqnalı verir
175
15:54 / 04 May 2025
Si Cinpin Rusiyaya gedir
116
15:25 / 04 May 2025
Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı, deport edilir
132
14:00 / 04 May 2025
Leysan,dolu,qar - Əhaliyə xəbərdarlıq
516
12:38 / 04 May 2025
“Vladimir Putin məndən xahiş etdi ki, dəvəti sizə çatdırım”
133
11:39 / 04 May 2025
Bu adamlara pomidor yemək qətiyyən OLMAZ...
174
10:59 / 04 May 2025
İsrail Türkiyə gəmisini VURDU
171
10:36 / 04 May 2025
May ayının bu günləri ilə bağlı VACİB XƏBƏRDARLIQ
580
10:33 / 04 May 2025
Kartdan oğurlanan pulları 1 saat ərzində qaytarmaq mümkündür -VİDEO
237
10:29 / 04 May 2025
Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
159
10:17 / 04 May 2025
Toyda faciə yaşandı:Yaralı var
1020
10:12 / 04 May 2025
Ekstrasensdən QORXUNC XƏBƏRDARLIQ
248
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.