Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
19 Mart 2025, 17:35
Qaynar xətt:
(+99450) 247 90 86İQTİSADİYYAT
958
08.01.2025, 16:10
Məlum olduğu kimi, dünən Prezident İlham Əliyev müsahibəsində Bakı şəhərində nəqliyyat problemlərinin olduğunu, yeni layihələrin vacibliyini, tıxacların qarşısının alınması məqsədilə metropolitenin inkişaf etdiriləcəyini və bu ildən etibarən 10 yeni metrostansiyanın tikiləcəyini bildirdi.
Oxu24.com xəbər verir ki, dövlət başçısı yeni stansiyaların yerlərinin də artıq seçildiyini qeyd edib və bu ildən etibarən tikintiyə maliyyə ayrılacağını deyib.
İnşaatçı-mühəndis Azər Axundov məsələyə münasibət bildirib. Qeyd edib ki, 2 ay əvvəl Prezident Bakıya gətirilmiş yeni vaqonlara baxış keçirərkən ona yeni stansiyaların yerləşmə sxemi də təqdim edilib: “Həmin sxemi aktual götürsək, bu 10 stansiyaya bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə "Həzi Aslanov" stansiyasına kimi uzadılması daxildir. Yəni, bənövşəyi xətt üzrə "B4"-"B5"-"B?"-"B6"-"B7"-"B8" stansiyaları (toplam 6 stansiya), yaşıl xətt üzrə isə "Y14"-"Y15"-"Y16"-"Y17" stansiyaları (toplam 4 stansiya) tikilməlidir. "B?" stansiyası "Sahil" stansiyasına keçid kimi düşünülür, bu stansiya konseptual sxemdə olmadığı üçün "B?" olaraq qeyd etdim. Əlavə olaraq, çox güman ki, görüləcək işlərə xətlərin ayrılması, "Dərnəgül" deposunun və dönmə kameralarının tikilməsi də daxil olacaq. Rəsmi sxem və məlumat olmadığı üçün hələlik sadəcə təxmin edə bilirik.
Xəritə üzərində stansiyalar təxmini belə yerləşməlidir:
Prezidentə təqdim edilən layihədə 10 yeni stansiyanın tikinti işlərinin icra olunması üçün 3.8 - 4 milyard AZN investisiyanın tələb olunduğu bildirilir.
Azər Axundov əlavə edib ki, sxemdə ən maraqlı məqam bənövşəyi xəttə yeni stansiyanın əlavə olunmasıdır: “Belə ki, metronun təsdiqlənmiş konseptual sxemində bənövşəyi xətt üzrə “B-5” stansiyası Xarici İşlər Nazirliyi ətrafında, “B-6” stansiyası isə Hökumət Evi ətrafında nəzərdə tutulsa da, bu gün göstərilən sxemdə bu iki stansiyanın arasına yeni bir stansiya da əlavə olunub və qırmızı xəttin “Sahil” stansiyasına keçid kimi göstərilib. Çox güman ki, bu plan hələ tam təsdiqlənməyib və bu səbəbdən sxemdə bənövşəyi xətt üzrə dəqiq stansiya sayı əvəzinə 5-6 stansiyanın tikintisi qeyd olunub. Yəni “Sahil” stansiyası yanında keçid stansiyası olarsa 6, olmasa, 5 stansiya tikilməlidir. Bu, əslində, çox yaxşı fikirdir, çünki konseptual sxemdə bənövşəyi xətlə qırmızı xətt ancaq “Xalqlar dostluğu” stansiyasında kəsişirdi.
Həmçinin oxuyun
“Sahil” stansiyasının şəhər mərkəzində olmasını nəzərə alaraq ona keçid stansiyası tikilərsə, bənövşəyi xətlə birbaşa şəhər mərkəzinə çıxış təmin olunar. Eyni zamanda bu istiqamətdən mikrorayonlar istiqamətinə qayıdanlar artıq yüklənmiş “28 May” stansiyası əvəzinə “Sahil” tərəfdən də metroya giriş əldə etmiş olar. Nəzərə alsaq ki, bənövşəyi xəttin stansiyaları köhnə stansiyalar kimi 5 yox, 7 vaqonlu qatarı qəbul edə biləcək şəkildə tikilir, bu stansiya daha çox sərnişinin şəhər mərkəzindən kənarlara daşınmasına kömək edə bilər”.
Mütəxəssisin sözlərinə görə, yağışa görə paytaxt yollarında yaranan vəziyyət bir daha göstərir ki, Bakıda relsli nəqliyyatın inkişafına təcili ehtiyac var: “Basabas olsa da, metro və elektrik qatarı dayanmadan işləyir. Hər iki növün daha da genişlənməsi üçün təcili investisiya ayrılmalıdır. Bu iş üçün 3-4 milyard xərcləmək çox deyil. Milyon dəfə yolların genişlənməsindən daha faydalıdır”.
23:21 / 20 Mart 2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
1
23:11 / 20 Mart 2025
Gürcüstan Ermənistanı darmadağın edib
18
22:58 / 20 Mart 2025
İsveç Rusiya ilə mübarizə aparmaq üçün elit qoşunlar hazırlamağa başlayıb
10
22:47 / 20 Mart 2025
ABŞ İranın oksigen təchizatını kəsir
11
22:37 / 20 Mart 2025
21-ci günün duası - İmsak və iftar vaxtı
14
22:33 / 20 Mart 2025
Rusiya qazı amerikalılar vasitəsilə Avropaya çatacaq
13
22:30 / 20 Mart 2025
Ərdoğan İmamoğlunun saxlanılması ilə bağlı nə deyib?
351
22:24 / 20 Mart 2025
ABŞ Əl-Hodeydə əyalətində husilərə zərbələr endirib
11
22:19 / 20 Mart 2025
Təzə doğulan körpə anasız qaldı
14
22:04 / 20 Mart 2025
Təyyarəni göydə ildırım vurdu
25
21:43 / 20 Mart 2025
Azərbaycanda tükürpədici hadisə: Uşaq 3 gün evdə tək qaldı
288
21:39 / 20 Mart 2025
ABŞ İrana qarşı sanksiyaları genişləndirir
31
21:10 / 20 Mart 2025
Rusiyaya hücum olub
36
20:59 / 20 Mart 2025
Rusiya Azərbaycana nə təklif edib?
215
20:55 / 20 Mart 2025
Polşadan Ukrayna ilə bağlı açıqlama
43
20:52 / 20 Mart 2025
Rusiyadan Belarusa təbrik zəngi
39
20:46 / 20 Mart 2025
Bayramda çox yeməyin zərərləri
36
20:42 / 20 Mart 2025
Böyük Britaniyanın xarici işlər naziri Putinə Ukraynadakı sülhməramlılarla bağlı səs verməkdən imtina edib
47
20:40 / 20 Mart 2025
Məşhur aktyor vəfat etdi
46
20:40 / 20 Mart 2025
Taylandda istənilən vaxt içməyə icazə veriləcək
40
20:33 / 20 Mart 2025
Tramp Baydeni axmaq adlandırdı
49
20:25 / 20 Mart 2025
Orban Aİ-nin gələcəyini anlamadığını deyib
45
20:22 / 20 Mart 2025
Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı petisiya Slovakiya Nazirlər Kabinetinə göndərilib
42
20:05 / 20 Mart 2025
Ermənistan bu istiqamətdən atəş açır
836
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.