İşini itirən şəxslərin kredit borcu necə tənzimlənir? – ABA ekspertindən AÇIQLAMA
20 May 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
288
19.08.2024, 13:12
2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 572.8 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.2% və ya 127.5 milyon ABŞ dolları artıb.
Hesabat dövründə Azərbaycandan Rusiyaya ixrac 7.8% azalaraq 656 milyon 46 min dollara, Rusiyadan Azərbaycana ixrac isə 10.6% artaraq 1 milyard 916.7 milyon dollara bərabər olub.
Bu dövrdə Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Rusiyaya 641 milyon 87 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Bu dövrdə Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz ( pomidor, kartof, alma, meşə fındığı, albalı, çiyələk, xurma və sair) meyvə şirələri, ilkin formalı propilen sopolimerləri və başqa məhsullar ixrac edilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi, ölkənin ümumi ticarət dövriyyəsinin 9.57%-nə bərabər olub.
Xatırladaq ki, cari ilin yeddi ayında Azərbaycanın ticarət dövriyyəsi 26 milyard 892 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 1 milyard 874.7 milyon ABŞ dolları təşkil edib.
21:53 / 20 May 2026
1
21:52 / 20 May 2026
10
21:42 / 20 May 2026
105
21:39 / 20 May 2026
22
21:39 / 20 May 2026
28
21:35 / 20 May 2026
26
21:33 / 20 May 2026
24
21:27 / 20 May 2026
179
21:23 / 20 May 2026
45
21:15 / 20 May 2026
32
21:04 / 20 May 2026
145
20:31 / 20 May 2026
51
20:19 / 20 May 2026
74
20:17 / 20 May 2026
67
20:09 / 20 May 2026
76
19:54 / 20 May 2026
68
19:40 / 20 May 2026
176
19:29 / 20 May 2026
88
19:18 / 20 May 2026
93
19:09 / 20 May 2026
159
18:46 / 20 May 2026
313
18:40 / 20 May 2026
193
18:23 / 20 May 2026
202
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.