Avro və rublun qiyməti dəyişdi - Dollar isə...
14 Mart 2025, 10:23
Qaynar xətt:
(+99450) 247 90 86İQTİSADİYYAT
169
03.06.2024, 15:07
“SOCAR Türkiyə” açıqlama yayıb.
Oxu24.com həmin açıqlamanı təqdim edir:
“Son dövrlər regionda baş verən geosiyasi proseslər nəticəsində müəyyən etiraz aksiyalarında SOCAR Türkiyə və qrup şirkətləri bir müddətdir ki, bəzi təxribatçı qruplar tərəfindən həm sosial media üzərindən, həm də həyata keçirilən fiziki aksiyalarla hədəf göstərilməkdədir. Bu təxribatçı qruplar, şirkətimizin İsrail ilə xam neft üzrə ticarət əlaqəsi olduğuna dair əsassız ittihamlar irəli sürərək sosial media üzərindən təxribat xarakterli paylaşımlar etməkdə və şirkət binamıza əməkdaşlarımızın təhlükəsizliyini riskə atacaq şəkildə fiziki hücumlar həyata keçirməkdədirlər. İstanbuldakı mərkəz binamızda 12 mart, 29 may, 31 may və 2 iyun tarixlərində, Bursadakı Bursaqaz ofis binasında isə 24 may tarixində həyata keçirilən və getdikcə şiddətlənən təxribatların davam etməsi əməkdaşlarımızın həyatı üçün təhlükə yaratmaqdadır.
Həmçinin oxuyun
Biz, bütün fəaliyyətimizi Baş Ofisimiz-Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın ortaya qoyduğu vizyona uyğun olaraq beynəlxalq biznes müqavilələri çərçivəsində həyata keçiririk. Bu kontekstdə, hazırda SOCAR tərəfindən İsrailə xam neftin satışının həyata keçirilməsi ilə bağlı ittihamlar həqiqəti əks etdirmir və qəsdən ictimai rəyi çaşdırmaq məqsədi daşıyır. Dünyada neft satışı bazarının özünəməxsus xüsusiyətləri var və hasil edilən xam neftin ticarət və ya treydinq şirkətləri vasitəsilə satışı həyata keçirilir. Tədarükçü şirkətlər xam neftin hansı ölkələrə daşınmasına, hansı məqsədlər üçün istifadə edilməsinə nəzarət və müdaxilə imkanlarına malik deyillər. Bu xüsusda, SOCAR digər neft şirkətləri kimi tədarük etdiyi məhsulları aidiyyəti treydinq şirkətləri ilə satış əlaqələri çərçivəsində həyata keçirir. Bununla birlikdə, bazarda fəaliyyət göstərən ticarət şirkətləri ilə davam edən mümkün satış əlaqələrimiz çərçivəsində, ticarət şirkətlərinin SOCAR-dan tədarük etdiyi xam neftin hansı ölkələrə daşındığına və hansı məqsədlə istifadə edildiyinə tərəfimizdən nəzarət və müdaxilə edilməsi mümkün deyildir.
SOCAR Türkiyə olaraq, sərmayələrimiz və əməkdaşlıqlarımız, Türkiyə və Azərbaycan arasındakı güclü qardaşlıq və dostluq bağları, strateji müttəfiqlik və xalqlarımızın qarşılıqlı maraqlarına uyğun şəkildə formalaşmaqdadır. Türkiyədə fəaliyyətə başladığımız on altı il ərzində təxminən 18.3 milyard USD məbləğindəki sərmayə ilə, fərqli şəhərlərdə beş min altı yüz birbaşa, on mindən çox bilavasitə işçi ilə neft və təbii qaz sahəsində fəaliyyət göstərən qrup şirkətlərimiz və həyata keçirdiyimiz STAR NEZ, TANAP kimi strateji meqa layihələrlə Türkiyənin ən böyük xarici investoru və ən böyük inteqrasiya olunmuş sənaye qrupuyuq. Türkiyədəki mövcud sərmayələrimizi yeni sərmayələrlə genişlətmə fəaliyyətimiz isə davam etməkdədir. Enerjidəki cari kəsirin azaldılmasına verdiyimiz töhfə başda olmaq üzərə, yaratdığımız iqtisadi dəyər və məşğulluq, həmçinin həyata keçirdiyimiz bir çox sosial məsuliyyət layihəsi ilə başda fəaliyyət göstərdiyimiz bölgələr olmaq üzrə sosial fayda üçün var gücümüzlə çalışırıq. Yaşadığımız zəlzələ fəlakətində, ilk gündən etibarən həm pulsuz yanacaq dəstəyi, həm də əsas ehtiyacların bölgəyə çatdırılması istaqamətində qardaş Türk xalqının yanında yer aldıq, almağa da davam edirik. Türkiyənin müxtəlif şəhərlərində qurduğumuz on bir məktəbdə on mindən çox şagirdə təhsil dəstəyi veririk. Sosial məsuliyyətimizi dərk edərək, təhsil, ətraf mühit və sosial sahələrdə fəaliyyətlərimizi davam etdiririk.
Bir qrup təxribatçının ortaya atdığı əsassız ittihamları qətiyyən qəbul etməməklə birlikdə, ictimai rəyi manipulyasiya etmək və yüz illik qardaşlıq bağımıza zərər vermək məqsədi daşıyan bu ifadələr və hərəkətlərə etibar edilməməsini xahiş edirik. Türk və Azərbaycan xalqının ortaq maraqları və rifahı üçün fəaliyyət göstərməyə davam edəcəyik. Şirkət şüarımızda da qeyd etdiyimiz kimi, hər zaman Birlikdəyik. Güclüyük”.
09:16 / 15 Mart 2025
İdeal imsak və iftar süfrəsi necə olmalıdır?
2
09:00 / 15 Mart 2025
“Putin bu müharibədən çıxa bilməz” - Zelenski
4
21:49 / 14 Mart 2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
80
21:20 / 14 Mart 2025
Tıxaclara qarşı mübarizə: Yeni yollar salınır - VİDEO
84
20:58 / 14 Mart 2025
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
113
20:43 / 14 Mart 2025
Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
100
20:22 / 14 Mart 2025
SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
1516
20:11 / 14 Mart 2025
Bu rüsum 100 manat
139
20:06 / 14 Mart 2025
Danimarka Demokratları Qrenlandiya üzərində ABŞ-a qarşı birliyə çağırır
110
19:56 / 14 Mart 2025
Kanada rəsmi olaraq baş naziri dəyişir
123
19:48 / 14 Mart 2025
İŞİD liderlərindən biri öldürülüb
125
19:34 / 14 Mart 2025
DİN vətəndaşlara müraciət edib
132
19:29 / 14 Mart 2025
BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
132
19:24 / 14 Mart 2025
Putin və Maduro danışıqlara başlayıb
134
19:18 / 14 Mart 2025
Süd istehsal edən qadın — VİDEO
307
18:53 / 14 Mart 2025
NATO üzv ölkələrin hərbi potensialını artırmaq niyyətindədir
126
18:47 / 14 Mart 2025
Qadının ağciyərindən tikiş iynəsi çıxarıldı
116
18:25 / 14 Mart 2025
Bakıda 1 milyonluq narkotiklə tutulan şəxs kimdir? — FOTO+VİDEO
668
18:20 / 14 Mart 2025
Prezident “Euronews”a müsahibə verib - Tam mətn
156
18:18 / 14 Mart 2025
Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlama aparır
142
18:11 / 14 Mart 2025
Arayik Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan ordusu baş qərargah rəisindən aldığını bildirib
146
17:59 / 14 Mart 2025
Trampın nümayəndəsi Putinlə nə danışıb?
132
17:57 / 14 Mart 2025
Paşinyan bu tarixdə Rusiyaya gedir
140
17:54 / 14 Mart 2025
Sülh müqaviləsi nə zaman olacaq? - Politoloq şərh edir
179
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.