Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
14 Sentyabr 2026, 18:28
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
297
06.05.2024, 14:54
"Azərbaycanda tətbiq edilən birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənişin verilməsidir. Bu müavinətin qanunla tətbiq edilməsinə baxmayaraq monitorinqlər göstərir ki, bu ödənişlərdən istifadə edənlərin sayı çox deyil".
Oxu24.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu, cəza çəkmədən azad olunan vətəndaşlar üçün müavinət almaq üçün vacib imkandır:
"Müavinət cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilir. Bu zaman qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələri tərəfindən verilən arayış təqdim edilməklə ödəniş həyata keçirilir. Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli məbləğindədir. Yəni, həmin şəxslərə 1380 manat ödənilir. Müraciət kifayət qədər sadədir. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı və məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarı təqdim olunmaqla müavinətin alınmasını rəsmilləşdirmək mümkündür".
Deputat qeyd edib ki, müavinətin təyin olunması barədə müraciət qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir:
"Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, vətəndaşımız cəza çəkməkdən son 3 ildə azad edilibsə və müraciət etməyibsə, o halda indi də bu ödənişi almaq hüququna malikdir".
20:42 / 14 Sentyabr 2026
1
20:34 / 14 Sentyabr 2026
31
20:19 / 14 Sentyabr 2026
37
20:10 / 14 Sentyabr 2026
62
19:55 / 14 Sentyabr 2026
59
19:45 / 14 Sentyabr 2026
124
19:34 / 14 Sentyabr 2026
92
19:24 / 14 Sentyabr 2026
68
19:19 / 14 Sentyabr 2026
88
19:09 / 14 Sentyabr 2026
617
19:08 / 14 Sentyabr 2026
138
18:51 / 14 Sentyabr 2026
239
18:45 / 14 Sentyabr 2026
226
18:34 / 14 Sentyabr 2026
201
18:28 / 14 Sentyabr 2026
64
18:22 / 14 Sentyabr 2026
84
18:19 / 14 Sentyabr 2026
86
18:14 / 14 Sentyabr 2026
136
18:12 / 14 Sentyabr 2026
75
18:04 / 14 Sentyabr 2026
466
17:51 / 14 Sentyabr 2026
1764
17:45 / 14 Sentyabr 2026
113
17:45 / 14 Sentyabr 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.