Xəyyam 5-ci dəfə ata oldu
21 Oktyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2814
25.04.2020, 20:20
Ağdamda ilan sürüsü yaşayış evinə basqın edib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
İlan sürüsü Ağdam rayonunun Əhmədavar kəndindən məcburi köçkün düşən Zahir Zeynalovun evinə basqın edib. Kərpic tikiliyə dolan ilanlar ev sahibinin gecələr bayırda gecələməsinə səbəb olur. Aidiyyəti qurumlar evdə dərmanlama işləri aparsa da, ilanlar evin dam örtüyünü tərk etmir. Son bir gün ərzində hər birinin uzunluğu 1,24 santimetr olan 3 ədəd ilan öldürülərək evdən çıxarılıb: “Bu gün səhər gördüm ki, burda bir ilan var, onu vurub öldürdüm. Yarım saatdan sonra gördüm bir ilan da var. Aradan bir az keçəndən sonra yenə bir ilan da var. Bel ilə vurub başını kəsdim”.
Ev sahibləri yaranmış vəziyyətlə bağlı yerli icra nümayəndəsinə məlumat veriblər: “Dünən axşam birini öldürüb yoldaşım. Gecəni yatmamışıq, gecə bir ilanı öldürdük, indi də Allah köməkləri olsun, qonşular da kömək etdi, birini öldürdük. Dünən axşamdan üç dənə ilan öldürmüşük. İcra nümayəndəliyinə müraciət eləmişik. Üç gün bundan əvvəl həyətdə görmüşdüm. Gəlib dərmanladılar, lakin dərmanın xeyri olmadı”.
Ev sahibi hələ də evdə ilan olduğunu deyir. Bu səbəbdən cavabdeh qurumların ona kömək etməsini istəyir.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.