Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1019
23.04.2020, 20:49
“Azəriqaz” İstehsalat Birliyi ölkə ərazisindəki qazanxanaların qazla təminatını aprelin 30-dək davam etdirəcək.
Bu barədə qurumdan məlumat verilib.
Beləliklə, 25 aprel tarixində başa çatması nəzərdə tutulan istilik mövsümü daha beş gün artırılıb. Qeyd edilib ki, müvafiq tədbirlərin görülməsi üçün Birliyin baş direktoru Ruslan Əliyev tərəfindən müvafiq strukturlara dərhal tapşırıqlar verilib.
Məlum olduğu kimi Koronavirus (COVID-19) infeksiyasının respublika ərazisində geniş yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejimi may ayının 4-dək uzadılıb. Bu müddət ərzində insanların fərdi yaşayış evləri və mənzillərdən çıxışına məhdudiyyət qoyulub.
Eyni zamanda havanın orta sutkalıq temperaturunun aşağı olduğu müşahidə edilməkdədir. Azərbaycan Respublikası Energetika Nazirliyindən “Azəriqaz” İstehsalat Birliyinə daxil olan rəsmi məktubda qeyd edilir ki, bütün yuxarıda sadalanan hallar nəzərə alınaraq vaxtı 15 apreldən 25 aprelədək uzadılan istilik mövsümü daha beş gün artırılaraq 30 aprel tarixinədək davam edəcək.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.