Qaynar xətt:

(+99450) 247 90 86

“Pozitiv testlərin 20 faizi Rusiyadan gələnlərdə aşkarlanıb”

“Pozitiv testlərin 20 faizi Rusiyadan gələnlərdə aşkarlanıb”

CƏMİYYƏT

725

16.04.2020, 19:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Rusiyada olan vətəndaşlarımız ardıcıl və növbəlilik əsasında ölkəyə gətiriləcək”.

Oxu24.com xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib.

Hikmət Hacıyev qeyd edib ki, ölkəmizdə koronavirusla bağlı aşkar olunan pozitiv testlərin 20 faizi Rusiyadan gələn arasında müəyyən edilib:

“Rusiyada olan 200-400 sayda insanın növbəli şəkildə gəlişi təmin ediləcək. Həmin şəxslər “Evə gəlirəm” portalı vasitəsilə qeydiyyatdan keçməklə, onların ardıcıllıq nömrəsi təyin ediləcək”.