Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda vəziyyət çox ciddidir, bütün bölgələrdə... - RƏSMİ XƏBƏRDARLIQ...

Azərbaycanda vəziyyət çox ciddidir, bütün bölgələrdə... - RƏSMİ XƏBƏRDARLIQ...

CƏMİYYƏT

4001

02.04.2020, 12:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Vəziyyət çox ciddidir. İnsanlar hələ də bunu başa düşmək istəmirlər. Zəruri olmadıqca evdən çıxmayın".
OXU24.COM  publika.az-a istinadla xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib:

"Xəstəxanalarda yer qalmayacaq. Bu bütün ölkələrdə belədir. Biz bu qadağaları vəziyyət pisləşmədən qoymaq məcburiyyətindəyik. Biz müalicə prosesi barədə hər gün araşdırma aparırıq. Xəstələr xəstəxanaya tədricən gəldikdə müalicə prosesi aparmaq olur".

O bildirib ki, hər kəs maskadan istifadə etməlidir:

"Bütün bölgələrdə daxildə yoluxma qeydə alınıb. Maskalardan istifadə mütləqdir".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, zərurət olduğu təqdirdə fövqəladə vəziyyət istisna olunmur:

"Bu gün yoluxmanın coğrafiyası artır. Artıq kəndlərdə də yoluxma halları qeydə alınır. Yoluxma sağalma sürətini üstələyir. Bu, pisdir. Vəziyyətin nəzarətdən çıxdığını deyə bilmərik, amma diqqətli olmalıyıq. Operativ qərargah hər plana hazırdır".