Xəyyam 5-ci dəfə ata oldu
21 Oktyabr 2026, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
18986
26.03.2020, 21:58
Azərbaycanda yadplanetlilərlə görüşən insan yaşayır.
Oxu24.com -un məlumatına görə, belə bir iddia ilə çıxış edən 69 yaşlı Salman Cavadov ixtisasca memardır.
O, yadplanetlilərlə görüşdüyünü iddia edir. Onun sözlərinə görə ilk dəfə o, 1995-ci ildə uçan boşqab tərəfindən qaçırılıb. Amma bu uzun müddətli olmayıb. Hadisə 2002-ci ildə yenidən təkrarlanıb.
Salman Cavadovun sözlərinə görə, o, gecəyarı eyvanda hündür məsafədən işıq gəldiyini görür. Eyvana çatanda həmin işıq qəfildən sönür. Beləliklə eyvana düşən şüa və keyləşmə vasitəsi ilə Salman özünü uçan boşqabın içərisində görür. Uçan boşqabı təsvir edən Salman müəllim onun tərkibinin alüminuma bənzədiyini söyləyir. Sakinlərinin xarici görünüşünə gəldikdə isə başlarının üçbucaqlı formasinda və onların üçbarmaqlı olduğularını qeyd edir.
Salman Cavadov iddia edir ki, onu hündür mərtəbəyə qaldırıb bir otağa salıblar. Onu tanımadığı bir cihazın üstünə uzadıb beyninə naqillər keçiriblər. 15 dəqiqə keçdikdən sonra onu həmin cihazdan ayırdılar və o bədənin boşaldığını, zəiflədiyini hiss edib.
Telepatik yolla onlara “mənə nə etdiniz” sualı verən Salman müəllimə cavablarında ona yerdə aldığı elmin sürətini çıxartdıqlarını söylədilər və beynin sol yarımkürəsindəki epifiz vəzinin gücləndirdiklərini dedilər. Onun sözlərinə görə beyninin işləmə qabiliyyəti onları qane etməsəydi o zaman onu geri qaytarıb beynini pozacaqdılar ve qəhrəmanım heç nəyi xatırlamayacaqdı.
Salman müəllimin iddialarına görə Yer kürəsini onlar canlandırıb. O, qeyd etdi ki, onların məqsədi özlərini Yer insanlarına reklam etməkdir. Hətta Salman müəllim vurğuladı ki, onlar yerdəki insanları öz planetlerinə aparmağı arzulayır.
Cavadov yerdəki insanlardan yad planetdə gördüyünü də qeyd etdi. Hazırda da o, yadplanetlilərlə əlaqədə olduğunu telepatik vasitə ilə onlarla söhbət etdiyini vurğuladı. Salman Cavadov onlara aid olan məlumatları da kimsəylə bölüşmədiyini dedi.
Salman Cavadov ordan xoş əhval-ruhiyyə ilə qayıtdığını söylədi. Onun sözlərinə görə Günəş şüaları yenicə çıxan zaman həmin uçan boşqab qəhrəmanımızı götürdüyü eyvana geri gətirdi. Salman Cavadovun sözlərinə görə növbəti görüş də gözlənilir və o, əbirsizliklə həmin günü gözləyir.(Baku TV)
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.