Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
574
10.03.2020, 20:22
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Belçikanın Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsinə münasibət bildirib.
Oxu24.com-un xəbərinə görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Belçikanın Vaterlo şəhərində 2016-cı ildə ucaldılmış ölkəmizin görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı Vaterlo polisi tərəfindən cinayət işi açılıb.
“Heykəl Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir və bu səbəbdən sözügedən hadisə polis tərəfindən araşdırılır. Əlbəttə, bu vandalizmin Ermənistan Baş nazirinin Belçikaya səfəri zamanı baş verməsi diqqəti cəlb edir. Qeyd etmək istərdim ki, ölkəmizin Belçika Krallığındakı Səfirliyinin əməkdaşları dərhal hadisə yerinə gedərək yerli hakimiyyət orqanları ilə təmaslar qurublar. Məsələ Səfirliyimizin nəzarətində saxlanılır və araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcəkdir”, – deyə XİN rəsmisi qeyd edib

20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.