Millimiz Litvanı məğlub edib
04 Oktyabr 2026, 20:21
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
573
15.07.2026, 17:30
Futbol üzrə dünya çempionatında reklam fəaliyyətləri yüz milyonlarla dollar dəyərində ölçülür və dünyanın ən böyük şirkətləri bu turnirin rəsmi sponsoru olmaq üçün hər cür maliyyə fədakarlığına hazırdır. Lakin bəzən ən sərt qadağalar belə gözlənilməz yaradıcılıqla birləşərək bir brendə tamamilə pulsuz və ağlasığmaz dərəcədə böyük bir reklam kampaniyası qazandıra bilir. Son günlərdə idman və marketinq dünyasında ən çox müzakirə olunan hadisələrdən biri məhz belə bir vəziyyətlə bağlıdır. Söhbət dünya şöhrətli cins brendi "Levi's"in heç bir ödəniş etmədən qazandığı böyük populyarlıqdan gedir.
Oxu24.com bu maraqlı və kuryoz hadisənin detallarını təqdim edir.
Hadisə ABŞ-nin Kaliforniya ştatında yerləşən və dünya çempionatının oyunlarına ev sahibliyi edən məşhur "Levi's Stadium" stadionunda baş verib. FIFA-nın daxili qaydalarına əsasən, turnirin rəsmi sponsoru olmayan brendlərin stadionlarda pulsuz reklam olunması qəti şəkildə qadağandır. Bu səbəbdən stadionun adını daşıyan və dam hissəsində yerləşən nəhəng "Levi's" loqosunun üstü xüsusi ağ plyonka ilə örtülərək gizlədilib.
İlk baxışdan bu addımla qayda pozuntusunun qarşısının alındığı və problemin həll olunduğu düşünülsə də, nəticə tamamilə fərqli olub.
Amerikalılar və futbol azarkeşləri "Levi's" brendinin məşhur loqo formasını o qədər yaxşı tanıyırlar ki, ağ plyonkanın altındakı silueti görən kimi söhbətin hansı markadan getdiyini dərhal başa düşüblər. Vəziyyəti diqqətlə izləyən "Levi's" rəhbərliyi isə yaranmış bu vəziyyəti inanılmaz bir marketinq gedişinə çevirmək qərarına gəlib.
Şirkət dərhal sosial şəbəkələrdəki rəsmi profillərinin avatarını stadiondakı həmin ağ plyonka ilə örtülmüş loqo versiyası ilə dəyişib və mövzu ilə bağlı ironik, zarafatcıl paylaşımlar edib.
Sosial şəbəkə istifadəçiləri brendin bu incə və yumoristik reaksiyasını yüksək qiymətləndiriblər. Nəticədə, Levi's" heç bir reklam büdcəsi xərcləmədən sosial şəbəkələrdə milyonlarla baxış topladı. Yüz minlərlə yeni izləyici və müştəri kütləsi qazandı. Hadisə qısa müddətdə bütün dünyada trendə çevrilərək böyük müzakirə dalğası yaratdı.
Beləliklə, FIFA-nın loqonu gizlətmək və brendin görünməsinin qarşısını almaq cəhdi, şirkətə bəzən ən bahalı reklam çarxlarının belə gətirə bilməyəcəyi qlobal bir diqqət və populyarlıq qazandırmış oldu.
Çimnaz
20:53 / 04 Oktyabr 2026
28
20:43 / 04 Oktyabr 2026
33
20:21 / 04 Oktyabr 2026
46
20:06 / 04 Oktyabr 2026
69
19:55 / 04 Oktyabr 2026
60
19:44 / 04 Oktyabr 2026
159
19:23 / 04 Oktyabr 2026
63
19:16 / 04 Oktyabr 2026
104
19:09 / 04 Oktyabr 2026
96
18:44 / 04 Oktyabr 2026
90
18:34 / 04 Oktyabr 2026
70
17:50 / 04 Oktyabr 2026
91
17:45 / 04 Oktyabr 2026
88
17:35 / 04 Oktyabr 2026
91
17:30 / 04 Oktyabr 2026
584
17:23 / 04 Oktyabr 2026
466
17:20 / 04 Oktyabr 2026
62
16:58 / 04 Oktyabr 2026
3027
16:56 / 04 Oktyabr 2026
393
16:55 / 04 Oktyabr 2026
272
16:53 / 04 Oktyabr 2026
459
16:51 / 04 Oktyabr 2026
101
16:49 / 04 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.