UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə edib
27 Sentyabr 2026, 19:57
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
801
11.06.2026, 14:06
Xəbər verdiyimiz kimi,bu gün futbol üzrə dünya çempionatı başlayır.İdman dünyasının əsas hadisəsi böyük maraqla gözlənilir.
Mundial tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq.
Eyni zamanda, bu, dünya çempionatları tarixində ən çox komandanın iştirak edəcəyi yarış kimi tarixə düşəcək. FIFA-nın qərarına əsasən, DÇ-2026-da əvvəlki turnirlərdə olduğu kimi 32 deyil, 48 milli komanda mübarizə aparacaq. Beləliklə, iştirakçıların sayı 16 komanda artırılıb.
Turnir çərçivəsində rekord sayda - 104 oyun keçiriləcək.
Bəs,dünya çempionatı nə vaxtdan keçirilir?
Oxu24.com idman dünyasının əsas hadisəsi barədə maraqlı faktları təqdim edir:
Futbol üzrə Dünya Çempionatı (FIFA World Cup) dünyanın ən nüfuzlu milli komandalar turniridir. Turnir ilk dəfə 1930-cu ildə keçirilib və o vaxtdan etibarən əsasən hər 4 ildən bir təşkil olunur. Yalnız 1942 və 1946 illərdə müharibə səbəbindən keçirilməyib.
İlk dünya çempionu kim olub?
İlk Dünya Çempionatı 1930-cu ildə Uruguayda keçirilib. Finalda Uruguay Argentina üzərində 4:2 hesabı ilə qalib gələrək tarixdə ilk dünya çempionu olub.
İndiyə qədər neçə Dünya Çempionatı keçirilib?
2022-ci ilə qədər 22 Dünya Çempionatı keçirilib. 2026-cı ildə keçiriləcək turnir isə 23-cü Dünya Çempionatı olacaq.
Ən çox qalib olan ölkə hansıdır?
Ən çox Dünya Çempionu olan ölkə Brazildir. Braziliya 5 dəfə çempion olub:
1958
1962
1970
1994
2002
Çempion ölkələrin sayı
Braziliya 5
Almaniya 4
İtaliya 4
Argentina 3
Fransa 2
Uruqvay 2
İngiltərə 1
İspaniya 1
Son keçirilən, 2022 Dünya Çempionatının qalibi isə Argentina olub.
Hazırladı: Miri Məcidli
00:12 / 28 Sentyabr 2026
79
00:09 / 28 Sentyabr 2026
114
23:44 / 27 Sentyabr 2026
2231
23:31 / 27 Sentyabr 2026
72
23:24 / 27 Sentyabr 2026
69
23:06 / 27 Sentyabr 2026
74
23:02 / 27 Sentyabr 2026
309
22:58 / 27 Sentyabr 2026
70
22:55 / 27 Sentyabr 2026
75
22:37 / 27 Sentyabr 2026
688
22:03 / 27 Sentyabr 2026
83
21:49 / 27 Sentyabr 2026
600
21:30 / 27 Sentyabr 2026
275
21:29 / 27 Sentyabr 2026
68
21:12 / 27 Sentyabr 2026
177
21:06 / 27 Sentyabr 2026
66
21:00 / 27 Sentyabr 2026
152
20:59 / 27 Sentyabr 2026
80
20:47 / 27 Sentyabr 2026
246
20:38 / 27 Sentyabr 2026
90
20:30 / 27 Sentyabr 2026
70
20:06 / 27 Sentyabr 2026
368
19:57 / 27 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.