Qaynar xətt:

(+99450) 247 90 86

Ronaldo sabiq klubuna qayıda bilər

news/2025_04_13/1744532727_cristiano_ronaldo_1738612303_1744538215.jpg

İDMAN

55

13.02.2026, 21:39

Sabiq klubu Kriştianu Ronaldunu transfer etmək istəyir.

Oxu24.com  xəbər verir ki, “Sportinq” klubu Kriştianu Ronaldunu yenidən heyətinə qatmaqda maraqlıdır.

Portuqaliya təmsilçisi ulduz hücumçunu geri qaytarmaq üçün imkanları dəyərləndirir.

Lakin 40 yaşlı futbolçunun prioriteti İngiltərə Premyer Liqasına bir mövsümlük dönüşdür.

Ronaldunun karyerasını yüksək səviyyədə davam etdirmək istədiyi bildirilir.

Digər tərəfdən, “Əl-Nəsr” klubu futbolçunun yüksək maaşı səbəbindən onu heyətdən göndərmək variantlarını nəzərdən keçirir və potensial çıxış yollarını araşdırır. Bizim.Media