Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
02 Oktyabr 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1221
13.02.2026, 23:20
Oxu24.com mühüm vəzifə tutan uğurlu xanımlarla bağlı araşdırma yazıları təqdim edir.
Bu dəfə təqdim edəcəyimiz şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ən yüksək vəzifə tutan xanım əməkdaşı ilə bağlıdır.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ən yüksək vəzifə tutan xanım əməkdaş Jalə Fərhad qızı Əhmədovadır.
O, hazırda nazirin müşaviri vəzifəsində çalışır.
Jalə Əhmədova 23 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini bir neçə nüfuzlu ali məktəbdə alıb. Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində magistr təhsili alıb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə başa vurub.
Əmək fəaliyyətinə hüquq sahəsində başlayan Jalə Əhmədova müxtəlif dövlət və özəl qurumlarda məsul vəzifələrdə çalışıb.
O, “Alyans Konsaltinq” MMC-də hüquq məsləhətçisi, “Unibank” ASC və “Texnikabank” ASC-də baş mütəxəssis kimi fəaliyyət göstərib. Daha sonra Bakı Apellyasiya Məhkəməsində hakim köməkçisi və baş məsləhətçi vəzifələrində işləyib.
Dövlət qulluğunda fəaliyyətini davam etdirən Jalə Əhmədova Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın İnsan resursları şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində Daxili Nəzarət İdarəsində baş zabit-hüquqşünas vəzifələrində çalışıb.
O, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı olub.
Hazırda Jalə Əhmədova Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri vəzifəsində fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycan Maliyyə-İqtisad Kollecində müəllim kimi çalışır və Azərbaycan Üzgüçülük Federasiyasının prezidentidir.
Jalə Əhmədovanın müxtəlif dövlət strukturlarında qazandığı təcrübə və hüquq sahəsində ixtisaslaşması onun dövlət idarəçiliyi sistemində mühüm mövqe tutmasına zəmin yaradıb.
Hazırladı: Nərmin Balacayeva
02:00 / 02 Oktyabr 2026
70
00:03 / 02 Oktyabr 2026
99
23:54 / 01 Oktyabr 2026
86
23:41 / 01 Oktyabr 2026
98
23:12 / 01 Oktyabr 2026
103
23:00 / 01 Oktyabr 2026
106
22:53 / 01 Oktyabr 2026
91
22:52 / 01 Oktyabr 2026
93
22:50 / 01 Oktyabr 2026
166
22:42 / 01 Oktyabr 2026
84
22:31 / 01 Oktyabr 2026
93
22:24 / 01 Oktyabr 2026
125
22:18 / 01 Oktyabr 2026
236
22:07 / 01 Oktyabr 2026
99
21:42 / 01 Oktyabr 2026
93
21:41 / 01 Oktyabr 2026
111
21:31 / 01 Oktyabr 2026
92
21:29 / 01 Oktyabr 2026
108
21:26 / 01 Oktyabr 2026
236
21:25 / 01 Oktyabr 2026
82
21:19 / 01 Oktyabr 2026
89
21:15 / 01 Oktyabr 2026
84
21:08 / 01 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.