Yayda hovuz təhlükəsi: Hansı xəstəliklərə yoluxa bilərsiniz?
28 İyul 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
959
13.02.2026, 23:13
Azərbaycanda 2026-cı il üçün pensiya kapitalının məbləği məlum olub.
Oxu24.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Yeni Sabah”ın sorğusuna cavab olaraq, bu il pensiyaya çıxmaq üçün lazım olan kapitalın məbləğinin 46080 manat olduğunu bildirib.
Qeyd olunub ki, qabaqcıl dünya təcrübəsinə uyğun olaraq Azərbaycanda da pensiya təyinatı şəxsin sosial sığorta sisteminə vermiş olduğu paya uyğun həyata keçirilir:
“Pensiya yaşına çatmış şəxsin fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı hər ay minimum pensiya məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə (stajının nə qədər olmasından asılı olmayaraq) yaşa görə pensiya hüququ yaranır. Lakin müvafiq məbləğdə pensiya kapitalı olmayan şəxs azı 25 il sığorta stajına malikdirsə, yenə də yaşa görə pensiyası hüququ yaranır”.
Fonddan verilən məlumata görə, müvafiq məbləğdə pensiya kapitalı və azı 25 il sığorta stajı olmayan şəxsin də əgər 01.01.2006-cı ildən 01.01.2018-ci ilədək dövrdə fərdi şəxsi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı və azı 1 il sığorta stajı varsa, bu zaman da ona güzəşt olaraq 24 il sığorta stajı hədiyyə edilməklə, stajı 25 ilə çatdırılır və pensiya hüququ yaranmış olur:
“Hər ilin əvvəlində dövlət başçısının Sərəncamı ilə həm pensiyalar, həm də fərdi hesablardakı pensiya kapitalları indeksləşdirilərək artırılır. Yəni, fərdi hesablardakı pensiya kapitalları yalnız hər ay əməkhaqlarından sosial sığorta ayırmaları hesabına deyil, eyni zamanda, dövlət tərəfindən də hər ilin əvvəlində indeksləşdirilərək artırılır.
Məsələn, fərdi hesablardakı pensiya kapitalları 2020-ci ildə 2,6%, 2021-ci ildə 2,8%, 2022-ci ildə 6,7%, 2023-cü ildə 13,9%, 2024-cü ildə 8,8%, 2025-ci ildə 2,2%, bu il isə 5,6 % indeksləşdirilərək artırılıb.
Pensiyalarda olduğu kimi, fərdi hesablardakı pensiya kapitallarının artırılması da elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir. Həm ötən il, həm də bu il ölkə üzrə vətəndaşların pensiyaya çıxması üçün qanunvericiliklə tələb olunan pensiya kapitalı 46080 manat təşkil edir”.
01:50 / 28 İyul 2026
53
01:15 / 28 İyul 2026
52
23:44 / 27 İyul 2026
136
23:18 / 27 İyul 2026
143
22:44 / 27 İyul 2026
77
22:24 / 27 İyul 2026
73
21:47 / 27 İyul 2026
167
21:29 / 27 İyul 2026
90
20:50 / 27 İyul 2026
82
20:19 / 27 İyul 2026
107
20:00 / 27 İyul 2026
119
19:59 / 27 İyul 2026
94
19:46 / 27 İyul 2026
606
19:30 / 27 İyul 2026
133
19:15 / 27 İyul 2026
100
19:13 / 27 İyul 2026
118
19:02 / 27 İyul 2026
105
18:48 / 27 İyul 2026
1030
18:45 / 27 İyul 2026
125
18:33 / 27 İyul 2026
92
18:30 / 27 İyul 2026
957
18:22 / 27 İyul 2026
93
18:20 / 27 İyul 2026
2888
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.