Ksanatelazma nədir?
01 Oktyabr 2026, 22:52
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
752
14.02.2026, 00:39
Avstraliyanın Sidney yaxınlığında yerləşən Liverpool Hospital xəstəxanasında yeni MRT-əsaslı texnologiya tətbiqə verilib ki, bu üsul xərçəng şişlərini "donduraraq" məhv etməyi təmin edir.
Yeni prosedur "kriyoablasiya" adlanır və çox incə bir iynə vasitəsilə şiş toxumasına argon qazı ilə çox aşağı temperaturda təsir göstərir. Nəticədə şiş hüceyrələri buz topasına çevrilərək məhv olur və bu zaman sağlam toxumalar qorunur. Bu üsul ənənəvi açıq əməliyyatlardan fərqli olaraq xəstənin bərpasını sürətləndirir və daha az ağrı ilə müşayiət olunur.
Oxu24.com bildirir ki,təcrübələr göstərir ki, bu texnologiya vasitəsilə xəstələr əksər hallarda əməliyyatdan bir gün sonra evə buraxıla bilirlər və ağrı əhəmiyyətli dərəcədə azalır. MRT görüntüləmə sistemi sayəsində həkimlər buzlanmanın yayılmasını real vaxtda izləyə və müalicəni daha dəqiq yönləndirə bilirlər.
İNANILMAZ UĞUR – ƏMƏLİYYATSIZ XƏRÇƏNG MÜALİCƏSİ
Yeni MRT-kriyoablasiya texnologiyası tibb sahəsində əhəmiyyətli inkişafa yol açır. Sidney xəstəxanasının mütəxəssisləri bildirirlər ki, bu müalicə üsulu ənənəvi əməliyyatlardan fərqli olaraq cərrahi kəsik olmadan şişi müvəffəqiyyətlə müalicə edə bilir və xəstələrin bərpa müddətini qısaldır.
Tibb mütəxəssisləri bu texnologiyanın geniş tətbiq üçün perspektivli olduğunu və müxtəlif şiş növlərində də sınaqdan keçirilə biləcəyini vurğulayırlar. Bununla belə, cari mərhələdə müalicənin effektivliyi və təhlükəsizliyi ilə bağlı əlavə elmi tədqiqatlar aparılır. Saglamolun.Az
02:00 / 02 Oktyabr 2026
70
00:03 / 02 Oktyabr 2026
99
23:54 / 01 Oktyabr 2026
86
23:41 / 01 Oktyabr 2026
98
23:12 / 01 Oktyabr 2026
103
23:00 / 01 Oktyabr 2026
106
22:53 / 01 Oktyabr 2026
91
22:52 / 01 Oktyabr 2026
93
22:50 / 01 Oktyabr 2026
166
22:42 / 01 Oktyabr 2026
84
22:31 / 01 Oktyabr 2026
93
22:24 / 01 Oktyabr 2026
125
22:18 / 01 Oktyabr 2026
236
22:07 / 01 Oktyabr 2026
99
21:42 / 01 Oktyabr 2026
93
21:41 / 01 Oktyabr 2026
111
21:31 / 01 Oktyabr 2026
92
21:29 / 01 Oktyabr 2026
108
21:26 / 01 Oktyabr 2026
236
21:25 / 01 Oktyabr 2026
82
21:19 / 01 Oktyabr 2026
89
21:15 / 01 Oktyabr 2026
84
21:08 / 01 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.