Milli Qəhrəmanlarımızın xatirəsi yad edildi
12 İyul 2026, 19:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
666
13.02.2026, 12:44
Azərbaycanda elektron ticarətlə bağlı yeni qayda müəyyən edilir.
Oxu24.com xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, elektron ticarəti həyata keçirən qeyri-rezident şəxslərin ƏDV məqsədləri üçün vergi uçotuna alınması mexanizmi təkmilləşdiriləcək.
Belə ki, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər (Vergi Məcəlləsində nəzərdə tutulan Azərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Burada qeyd olunan dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçiriləcək.
Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilməyəcək.
Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (Vergi Məcəlləsində nəzərdə tutulan Azərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Vergi ödəyicisi yuxarıdakı üç abzasda nəzərdə tutulan qaydada uçota alınan qeyri-rezident şəxslərə münasibətdə ƏDV-ni hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın sonuncu günündən gec olmayaraq büdcəyə ödəməyə borclu olacaq.
Qüvvədə olan qanunvericiliyə görə, rezidentlərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (Vergi Məcəlləsində nəzərdə tutulan Azərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
20:56 / 12 İyul 2026
36
19:59 / 12 İyul 2026
43
19:59 / 12 İyul 2026
51
19:49 / 12 İyul 2026
52
19:29 / 12 İyul 2026
90
14:21 / 12 İyul 2026
190
13:36 / 12 İyul 2026
1191
13:31 / 12 İyul 2026
108
13:28 / 12 İyul 2026
84
13:27 / 12 İyul 2026
80
13:25 / 12 İyul 2026
83
13:12 / 12 İyul 2026
586
13:02 / 12 İyul 2026
589
00:51 / 12 İyul 2026
220
00:26 / 12 İyul 2026
392
22:18 / 11 İyul 2026
116
22:14 / 11 İyul 2026
250
21:52 / 11 İyul 2026
203
21:33 / 11 İyul 2026
197
20:35 / 11 İyul 2026
208
20:31 / 11 İyul 2026
217
20:15 / 11 İyul 2026
211
19:54 / 11 İyul 2026
202
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.