Qaynar xətt:

(+99450) 247 90 86

“Türkiyə bizə şillə vurdu”

2019-06/1560084635_2019-06-09_142828-1.jpg

İDMAN

1352

09.06.2019, 16:52

\"\"  Futbol üzrə Türkiyə milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində fransızları 2:0 hesabı ilə məğlub etdi. Nəticə gözlənilməz olduğu qədər də tərəflərdə maraqlı emosiyalar doğurub.Bizimyol.info xəbər verir ki, fransızlar məyusluğu gizlətmir. Fransa milli komandasının baş məşqçisi Didye Deşam böyük zərbə aldıqlarını deyir: “Bütün komanda lazımi səviyyəni göstərə bilmirsə, yaxşı nəticə də gözləməyə dəyməz”.
\"\" Didye Deşam | Foto: Reuters / Pascal Rossignol Deşam yaxşı oynamadıqlarını bildirir: “Üzərimizə düşəni etmədik. Fərqi yoxdur, dünya çempionusan, ya yox, gərək yüksək səviyyəli oyun göstərəsən”. Baş məşqçi səhvlər üzərində işləməyin lazım olduğunu söyləyir: “Türkiyə bizə şillə vurdu. Deməyə başqa sözüm yoxdur”.