Qaynar xətt:

(+99450) 247 90 86

Çempionlar Liqasında həlledici görüş Bakıda keçiriləcək

İDMAN

394

15.01.2025, 14:10

FİBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında pley-in seriyasının 3-cü, yəni tamam və ya davam oyunu Bakıda baş tutacaq. 

Oxu24.com xəbər verir ki, 7 yanvar Bakıda "Aliağa Petkim Spor" rəqibini 82-81 hesabı ilə məğlub edərək seriyada 1-0 önə keçmişdi. 

14 yanvarda keçirilmiş cavab oyununda isə “Hapoel Holon” 65-62 hesablı qələbəylə seriyada ümumi hesabı bərabləşdirməyi bacarmışdı. 

Qeyd edək ki, klublar arasındakı həlledici qarşılaşma yanvarın 22-də Bakı İdman Sarayında oynanılacaq.