UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq
13 Dekabr 2025, 08:37
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
811
11.12.2024, 17:00
Bu gün futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suarez, Serxio Buskets və Xordi Alba Bakı Kristal Zalında fanatlarına unudulmaz anlar yaşadıb.
Oxu24.com xəbər verir ki, pərəstişkarların dünya futbolunun ulduzları ilə görüşündən əvvəl səhnədə “Natiq” ritm qrupunun çıxışı olub. Daha sonra dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam konsert proqramını təqdim edib.
Dünya çempionu, 8 dəfə “Qızıl top” mükafatına layiq görülən Lionel Messinin futbol karyerasını əks etdirən filmin nümayişindən sonra isə Messi, Suarez, Buskets və Alba səhnəyə çıxıb.
Ölkəmizin uşaq futbol komandalarının təmsilçilərinə bir çox gəncin arzuladığı imkan da yaradılıb. Belə ki, gənc futbolçularımız dünyanın ən yaxşı futbolçusu Lionel Messi və komanda yoldaşlarına top ötürərək özlərini peşəkarlarla bir oyunun iştirakçıları kimi hiss ediblər. Daha sonra futbol ulduzları gənc həmkarları və sağlamlıq imkanları məhdud uşaqlarla xatirə şəkli çəkdirib.
Ulduz futbolçuların imzalı topları auditoriyaya dağıtması anları isə coşqu ilə qarşılanıb. Futbol həvəskarları üçün bu idman bayramı məşhur “Morandi” qrupunun çıxışı ilə davam edib. Minlərlə fanatın qatıldığı tədbirdə Bakının uşaq evlərinin sakinləri, sağlamlıq imkanları məhdud uşaqlar və şəhidlərimizin övladları da dəvət olunub.
Tədbirə bilet satışından əldə olunan vəsait isə xeyriyyə məqsədilə istifadə olunacaq.




Həmçinin oxuyun

















22:54 / 15 Dekabr 2025
8
22:49 / 15 Dekabr 2025
15
22:48 / 15 Dekabr 2025
12
22:31 / 15 Dekabr 2025
31
22:27 / 15 Dekabr 2025
26
22:09 / 15 Dekabr 2025
150
21:59 / 15 Dekabr 2025
39
21:45 / 15 Dekabr 2025
58
21:10 / 15 Dekabr 2025
1369
20:54 / 15 Dekabr 2025
85
20:38 / 15 Dekabr 2025
1071
20:16 / 15 Dekabr 2025
61
19:46 / 15 Dekabr 2025
155
19:15 / 15 Dekabr 2025
598
18:43 / 15 Dekabr 2025
583
18:36 / 15 Dekabr 2025
74
17:51 / 15 Dekabr 2025
96
17:37 / 15 Dekabr 2025
850
17:14 / 15 Dekabr 2025
106
17:08 / 15 Dekabr 2025
100
16:59 / 15 Dekabr 2025
218
16:49 / 15 Dekabr 2025
885
16:40 / 15 Dekabr 2025
213
16:26 / 15 Dekabr 2025
160
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.