Qaynar xətt:

(+99450) 247 90 86

"Səbail" bu gün Türkiyə klubu ilə üz-üzə gələcək

"Səbail" bu gün Türkiyə klubu ilə üz-üzə gələcək

İDMAN

259

11.07.2024, 12:13

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Səbail" bu gün ilk yoxlama oyununu keçirəcək.

Şahin Diniyevin baş məşqçisi olduğu komanda qardaş ölkənin I Liqa təmsilçisi “Ərzurumspor”la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, iyulun 13-də Superliqa klubu "Hatayspor"la qarşılaşacaq "dənizçilər"in sonuncu rəqibi hələlik bəlli deyil.