Qaynar xətt:

(+99450) 247 90 86

Millimizin sabiq çalışdırıcısı “Barselona”ya baş məşqçi təyin olundu

Millimizin sabiq çalışdırıcısı “Barselona”ya baş məşqçi təyin olundu

İDMAN

351

10.07.2024, 16:59

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun sabiq baş məşqçisi Faustino Peres “Barselona”da çalışacaq.

Oxu24.com xəbər verir ki, 55 yaşlı çalışdırıcı İspaniya nəhənginin baş məşqçisi təyin olunub.

Bu yaxınlarda Xesus Velasko ilə yollarını ayıran kataloniyalılar əvəzində Çinin “Şanxay Quanqi Pioner” klubundan ayrılan Pereslə anlaşıb. O, yeni komandası ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Faustino Peres 2014-2016-cı illərdə Azərbaycan millisinə rəhbərlik edib. Millimiz AVRO-2016-da onun başçılığı altında 1/4 finala qədər irəliləməyi bacarıb.