Qaynar xətt:

(+99450) 247 90 86

“Turan Tovuz” yeni baş məşqçisini açıqladı

“Turan Tovuz” yeni baş məşqçisini açıqladı

İDMAN

374

25.06.2024, 12:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Turan Tovuz” Kurban Berdıyevlə anlaşıb.

Oxu24.com xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, aparılan danışıqlardan sonra tanınmış mütəxəssislə 2+1 illik müqavilə bağlanılıb. Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev  Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi” , Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda  “Traktor”, Rusiyada  “Rostov”, “Soçi”,  “Dinamo” (Mahaçqala)  komandalarına rəhbərlik edib.  

PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020-2021-ci illər mövsümdə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.