Türkiyənin “Fənərbaxça” klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Oxu24.com xəbər verir ki, “sarı-lacivərtlilər” “Fatih Karagümrük”də çıxış edən Levent Mercanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı sol cinah müdafiəçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, “Fatih Karagümrük” Levent Mercanı 2022-ci ilin iyul ayında “Şalke”dən transfer etmişdi. Türk futbolçu ötən mövsüm komandanın heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxu24.com
ŞƏRHLƏR