Qaynar xətt:

(+99450) 247 90 86

Mbappe rəsmi olaraq "Real Madrid"in futbolçusu oldu

Mbappe rəsmi olaraq \\\"Real Madrid\\\"in futbolçusu oldu

İDMAN

307

03.06.2024, 21:58

Fransalı futbolçu Kilian Mbappe PSJ-dən "Real Madrid"ə rəsmən keçib

 

Oxu24.com xəbər verir  ki, bu barədə  İspaniya komandasının saytı məlumat yayıb.

 

 

Mayın 10-da Mbappe 2023/24 mövsümü başa çatdıqdan sonra PSJ-dən ayrılacağını rəsmən açıqlayıb.

 

Müqaviləsi 2024-cü il iyunun 30-da başa çatdığı üçün forvard azad agent kimi Fransa klubundan ayrılır.

 

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Əvvəllər o, tələbəsi olduğu Monakonun rənglərini qoruyub.

 

Mətbuatın yazdığına görə, 2024-cü ilin qışında forvard Fransa klubu ilə müqavilənin sonunda yayda Real Madridə keçməyə qərar verib.

 

Artıq internetdə "Santyaqo Bernabeu"da fransız forvardın təsviri olan şərflər satılmağa başlayıb.

 

Real Madrid final matçında Dortmund Borussiyasını məğlub edərək Çempionlar Liqasının qalibi olub. Görüş 2:0 hesabı ilə başa çatıb. İspaniya çempionatında “Real” Kataloniya “Barselona”sını on xal qabaqlayaraq birinci yeri tutub.

 

Mbappe daha əvvəl A Seriyasının hansı klubunda oynamaq istədiyini açıqlamışdı.

 

Afət