1 milyon avro cərimə edildilər, futboldan ömürlük uzaqlaşdırdılar
12 Sentyabr 2026, 00:02
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
346
17.05.2024, 15:40
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan çempionatlarında qaliblərə veriləcək yeni kubok və medalları təqdim edib.
Oxu24.com PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının yeni kuboku xüsusi dizaynla hazırlanıb.
Kubokun hündürlüyü 68 santimetr, çəkisi 9 kiloqramdır. Çempionun mükafatı gümüş örtüklə cilalanıb. Kubokun aşağı hissəsində 10 komandanın çempionluq uğrunda mübarizə aparması, üzərində Premyer Liqada iştirak edən hər bir komandanın öz ulduzu əks olunub. Bütün rəqiblərini qabaqlayaraq çempion olan komandanın ulduzu digərlərindən ölçüsünə görə fərqlənir.
Kubokun üzərində Azərbaycan bayrağı təsvir olunub. Bu, bütün anların üçrəngli bayrağımızın altında yaşandığını əks etdirir. Kubokun tutacaq hissələrində birlik və bərabərliyin təcəssümü ilə yanaşı, tarixi irsimizdən hər zaman güc alıb, buna söykənərək ucalara qalxa biləcəyimizi nümayiş etdirən buta ornamentləri təsvir olunub.
Ümumilikdə kubokda bütün Azərbaycan xalqının, eləcə də futbol ictimaiyyətinin şanlı bayrağımızın altında bir olması və tariximizdən güc alaraq ucalara qalxmasının mümkünlüyü müxtəlif simvollarla əksini tapıb.
Əvəzedicilər Liqası, I Liqa və II Liqanın qalibinə verilən kuboklar da xüsusi dizayn ilə hazırlanıb. Burada hər bir liqanın xüsusiyyətlərini özündə əks etdirən məqamlar qeyd olunub. Kuboklarda liqada çıxış edən komandaların saylarına və hədəflərinə xüsusi işarələr öz əksini tapıb.
Qeyd edək ki, yarışlarda qalib və mükafatçılara veriləcək medallar da yeni dizaynda hazırlanıb.
08:07 / 13 Sentyabr 2026
40
00:51 / 13 Sentyabr 2026
89
00:35 / 13 Sentyabr 2026
491
00:14 / 13 Sentyabr 2026
1155
00:06 / 13 Sentyabr 2026
461
23:49 / 12 Sentyabr 2026
101
23:38 / 12 Sentyabr 2026
186
23:34 / 12 Sentyabr 2026
139
23:31 / 12 Sentyabr 2026
97
22:35 / 12 Sentyabr 2026
106
22:31 / 12 Sentyabr 2026
89
22:26 / 12 Sentyabr 2026
155
22:25 / 12 Sentyabr 2026
273
22:22 / 12 Sentyabr 2026
116
22:14 / 12 Sentyabr 2026
117
22:13 / 12 Sentyabr 2026
846
22:02 / 12 Sentyabr 2026
936
21:52 / 12 Sentyabr 2026
205
21:34 / 12 Sentyabr 2026
408
21:25 / 12 Sentyabr 2026
4289
21:20 / 12 Sentyabr 2026
100
21:14 / 12 Sentyabr 2026
109
21:05 / 12 Sentyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.