Qaynar xətt:

(+99450) 247 90 86

Güləşçilərimiz lisenziya turnirində mübarizəyə başlayır

Güləşçilərimiz lisenziya turnirində mübarizəyə başlayır

İDMAN

306

09.05.2024, 12:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Türkiyənin İstanbul şəhərində Dünya Olimpiya Təsnifat turnirinə start veriləcək.

Oxu24.com xəbər verir ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayacaq.

İlk görüşlərində Murad Məmmədov (60 kiloqram) Aleksandrs Yurkyansla (Latviya), Rafiq Hüseynov (87 kiloqram) İlyas Paqkalidislə (Yunanıstan), Murad Əhmədiyev (97 kiloqram) Riçard Karelsonla (Estoniya), Sabah Şəriəti isə (130 kq) Nikolaos Ntunyasla (Yunanıstan) qarşılaşacaq.

Qeyd edək ki, hər çəkidə ilk 3 yeri tutan (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) güləşçilər Olimpiadaya vəsiqə qazanacaqlar.