Qaynar xətt:

(+99450) 247 90 86

Karlos Teves xəstəxanaya yerləşdirildi

Karlos Teves xəstəxanaya yerləşdirildi

İDMAN

306

24.04.2024, 13:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Argentina millisinin sabiq hücumçusu Karlos Teves xəstəxanaya yerləşdirilib.

 

Oxu24.com xəbər verir ki, 40 yaşlı keçmiş futbolçu döş qəfəsindəki ağrılar səbəbindən xəstəxanaya aparılıb. O, tezliklə müayinədən keçəcək. Argentinalı hazırda xəstəxanadadır.

 

Qeyd edək ki, K.Teves "İndependiente"ni çalışdırır. Məhz klub mütəxəssisin xəstəxanaya yerləşdirildiyini elan edərək, müayinənin ilkin nəticələrinin “qənaətbəxş” olduğunu bildirib. Teves özü hələlik baş verənlərlə bağlı açıqlama yaymayıb.

 

O, futbolçu kimi “Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus”da çıxış edib. Hücumçu üçqat İngiltərə çempionu olmaqla yanaşı, Çempionlar Liqasının qalibi və ikiqat İtaliya çempionudur.