Qaynar xətt:

(+99450) 247 90 86

“Barselona” “Real”ı darmadağın etdi - VİDEO

2019-02/1551331695_gettyimages-1127850426-1024x1024.jpg

İDMAN

1082

28.02.2019, 09:28

  İspaniya Kubokunun yarımfinalında “Barselona” səfərdə Madrid “Real”ını 3:0 hesabı ilə darmadağın edərək (iki oyununun nəticəsinə görə 4:1) turnirin finalına çıxıb.
Oxu24.com -un  məlumatına görə, ilk hissə kral klubunun üstünlüyü ilə keçib. Kərim Benzema və Vinisius Junior qol vəziyyətlərindən istifadə edə bilməyiblər. İkinci hissənin əvvəllərində “Barselona” hesabı açıb. Matçın 50-ci dəqiqəsində Usman Dembelenin ötürməsindən sonra Luis Suarez adını tabloya yazdırıb. Qarşılaşmanın 69-cu dəqiqəsində “Real”ın müdafiəçisi Rafael Varan topu öz qapısına göndərərək hesab arasındakı fərqi artırıb. Bir neçə dəqiqə sonra isə Suarez özü qazandığı penaltini dəqiq yerinə yetirib (73-cü dəqiqə). İspaniya Kubokunun finalında “Barselona”nın rəqibi “Betis”-“Valensiya” cütlüyünün qalibi olacaq. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.