Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
574
az

POLİS SEÇKİ BÜLLETENİNƏ BU SÖZÜ YAZANLARI AXTARIR

14:2513 Aprel, 2018
2583
HÜQUQ
  • A
Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi.

Məlum olduğu kimi, seçkilərdə MSK tərəfindən 8 nəfərin prezidentliyə namizədliyi qeydə alınmış və onların adları bülletenlərə daxil edilmişdi. Seçki günü ölkə üzrə qeydə alınmış seçicilərin təxminən dörddə üçü, yəni 74,3 faizi məntəqələrə gələrək istədiyi namizədə səs verdi. Əvvəldən proqnozlaşdırıldığı kimi, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti – 86,03 faizi hazırkı dövlət başçısı İlham Əliyevi dəstəklədi.

İstər yerli, istərsə də xarici müşahidəçilərin rəyinə görə, seçkilər mütəşəkkil şəkildə, seçicilərin yüksək fəallığı şəraitində baş tutdu. Amma həmişə olduğu kimi, bu dəfə də prosesə kölgə salmaq istəyən, seçkilərin şəffaflığını şübhə altına almağa cəhd edən qüvvələr də tapıldı. Marginallaşmış müxalifətə, radikal dindar qruplara və xaricdəki antimilli ünsürlərə bağlı olan bəzi şəxslər aldıqları təlimata uyğun olaraq, bülletenləri korlamaqdan da çəkinmədilər. Onlar namizədlərdən hansısa birinə səs vermək əvəzinə, aldıqları bülletenin üzərinə "Diktator” sözü yazaraq qutuya atdılar.

Hüquq mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, məntəqələrdə quraşdırılmış müşahidə kameraları vasitəsilə həmin şəxslərin kimliyi müəyyənləşib. Bəziləri artıq polis bölmələrinə çağırılıb, digərləri haqqında isə ən yaxın zamanlarda tədbir görüləcəkdir.

Məlumatı verən mənbə onu da qeyd etdi ki, dünəndən başlayaraq Milli Şura və Müsavatın aprelin 14-nə təyin etdiyi mitinqin təşkilatçı və fəallarından bir çoxu polis bölmələrinə çağırılıb. Bu gün, sabah və mitinqdən sonra onlar haqqında inzibati cəza tədbirlərinin görülməsi planlaşdırılır. Eyni zamanda, "Məhsul” stadionunda quraşdırılmış üztanıma kameraları vasitəsilə mitinq iştirakçılarının şəxsiyyəti müəyyənləşdiriləcək, istər büdcə təşkilatlarında, istərsə də özəl qurumlarda çalışanların həm özləri, həm də yaxınları işdən azad ediləcəklər. Ali məktəblərin rəhbərlərinə də aksiyaya gedən tələbələr barədə müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Görünən odur ki, əvvəllər olduğu kimi, bu dəfə də icazəli aksiyadan qazananlar Milli Şura və Müsavat rəhbərliyi, itirənlər isə adi üzvlər olacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Başqasının evində pulla qeydiyyata düşənləri gözləyən təhlükə - Video
Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu