Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
560
az

Qobustanda hər il boş torpaqlara görə 47 min manat subsidiya necə verilir?

11:1213 Aprel, 2018
1591
HÜQUQ
  • A
 “Gilan Holdinq”in nümayəndəsi Malik Məmmədov qanunsuz yolla rayonun Qaracüzlü kənd sakinlərinə məxsus torpaqlarda heç bir əkinçilik işi aparmadan, ildə subsidiya kimi aldığı 47 min manatı kimlərlə bölür?
Ali Məhkəmənin hakimi Vəfaddin İbayev ən tez qərar qəbul edən hakim kimi “Ginnesin rekordlar” kitabına düşməyə çox yaxlndır, amma…
«Təzadlar»ın ötən saylarında Qobustan rayonu, Qaracüzlü kənd sakinlərinin şikayətləri əsasında bir neçə yazı dərc etmişdik. Yazılarda qeyd olunurdu ki, Qaracüzlü kəndinin də daxil olduğu Qurbançı bələdiyyəsinin sabiq sədri Əlikram Musayev kəndin 40-a qədər sakininin adından saxta etibarnamə düzəldərək, onların pay torpaqlarını “Gilan Holdinq”in nümayəndəsi Malik Məmmədova satmışdır. Bu etibarnamələri Qobustan notariat kontorunun sabiq rəisi Tofiq Seyidovun vasitəsilə rəsmiləşdirmişdir. Sonralar məlum olmuşdur ki, T.Seyidov bu etibarnamələri bazada qeydiyyata salmamışdır. Yəni, həm Qobustan rayon notariat kontorunun, həm də Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat İdarəsinin arxivlərində həmin etibarnamələrin kökü yoxdur.
Bizim yazılardan sonra Respublika Baş Prokurorluğunda Tofiq Seyidovun bu qanunsuz əməli haqqında cinayət işi açılmış, lakin hazırda vəzifəli şəxs olmadığından və cinayət əməlinin sanksiyalaşdırılmasının vaxtı keçdiyindən onu məsuliyyətə cəlb etmək qanunamüvafiq sayılmayıb. Baş Prokurorluqdan qəzetimizə göndərilən rəsmi cavab məktubunda qeyd edilir ki, sakinlər bu barədə məhkəməyə müraciət edə bilərlər. O cümlədən, sənədləri saxtalaşdırdığına görə Qurbançı kəndinin sabiq bələdiyyə sədri Əlikram Musayev haqqında da məhkəməyə müraciət etmək tövsiyyə olunur.
Yazılardan məlum olurdu ki, sakinlər – Mehdibala Mirzəmmədov, Sultan Abdullayev, Oktay Muradov və digərləri Qobustan rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə sakinlərin haqlı olduğu qənaətinə gəlib və torpaqların sahiblərinə qaytarılması üçün qərar çıxarıb.
Sonradan əks tərəf Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək rayon məhkəməsinin qərarını öz xeyirlərinə dəyişdirməyə nail olublar. Ümidlərini Ali Məhkəməyə bağlayan sakinlər inanıblar ki, məhz burada nəhayət, ədalətsizliyə son qoyulacaq. Belə yerdə deyiblər, “sən saydığını say, gör fələk nə sayır”.

Hakim Vəfaddin İbayevin ildırım sürətli qərarı…

Deməli, Ali Məhkəmənin 18 yanvar 2018-ci ildə, hakim Vəfaddin İbayevin sədrliyi ilə keçirilən iclasında sakinlər gözlərini açıb, yumana qədər qərar qəbul edilib. Hakim V.İbayev vəkilin heç bir açıqlamasına belə imkan vermədən, dərhal qərar qəbul edərək Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Yəqin ki, hakim V.İbayevin ildırım sürəti ilə qəbul etdiyi bu qərar, ən tez qəbul edilən məhkəmə qərarı kimi “Ginnesin Rekordlar” kitabına düşəcək. Heç 37-ci illərdə də 2 dəqiqəyə qərar qəbul etməyiblər. Ən azından müttəhimə 3 dəqiqəlik son söz verirdilər. Görünür hakim V.İbayev məhkəmə sisteminə yenilik gətirmək istəyib. Yəni, hakim demək istəyir ki, günlərlə, həftələrlə məhkəməni uzadıb, axırda ona sərf edən qərarı qəbul edəcəksə, elə bunu ilk dəqiqələrdən etməklə nə qədər vaxta qənaət etmək olar. Amma bu qərarın arxasında məhv olan 40-a qədər sakinin taleyi isə V.İbayevin vecinə də olmayıb. Sanki özünün şəxsi kontorunda oturub, istədiyi qərarı qəbul edə bilər. Bununla da V.İbayev ədliyyə naziri və Məhkəmə Hüquq Şurasının sədri hörmətli Fikrət Məmmədovun məhkəmə sistemində apardığı islahatlara çox böyük zərbə vurduğunun da fərqində olmayıb. Hər halda ümid edirik ki, cənab nazir Fikrət Məmmədov Ali Məhkəməninn hakimi V.İbayevdən ildırım surəti ilə qərar qəbul etməyinin səbəbini soruşacaq.

Bəs sakinlərin torpaqlarını alan kimdir?

Məlum olur ki, “Gilan Holdinq” şirkətini təmsil edən, Bakı şəhəri S.Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu “n” qədər pul verərək, Qurbançı kəndinin sabiq bələdiyyə sədri Əlikram Mustafayevdən torpaqları alıb. Həmin torpaqlar da təbii ki, kənd təsərrüfatı əhəmiyyətli olub. 2006-cı ildə alınan torpaqlarda isə bu günə qədər heç bir əkinçilik işi həyata keçirilməyib. Yəni torpaqlar, el dili ilə desək, ağzı günə qalıb. Amma bu, işin görünən faktiki tərəfidir. Rəsmi sənədlərdə isə həmin torpaq sahələrində guya taxıl əkilməsi qeyd olunur və buna görə Malik Məmmədov hər il dövlətdən, nə az, nə də cox, düz 47 min manat subsidiya alır.
Bildiyimiz kimi, Prezident cənab İlham Əliyevin imzası ilə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün çoxsaylı sərəncamlar qəbul edilib. Bunun üçün kəndlilərə və fermerlərə hər hektara görə müəyyən vəsait ayrılır ki, onlar təsərrüfatı inkişaf etdirə bilsinlər.
Prezident, necə deyərlər, kənd təsərrüfatının inkişafı üçün əlindən gələni edir. Bəs, bu sərəncamların icrasına nəzarət etməli olan Kənd Təsərrüfat Nazirliyi nə işlə məşğul olur? Nazir hörmətli Heydər Əsədovun bu işə nəzarət etməli olan ayrı-ayrı qurumları, görünür yalnız öz şəxsi maraqlarını güdürlər. Belə olmasaydı, 12 ildir boş torpaq sahəsinə ildə 47 min manat subsidiya ayrılmazdı. Bəs Maliyyə Nazirliyi? Məgər, sərəncamın icrasına Prezident cənab İlham Əliyev özü nəzarət etməlidir? Elə isə, kənd təsərrüfatı naziri Heydər Əsədov və büdcəni sümürən o boyda nazirlik nəyə lazımdır? Biz dəfələrlə qeyd etmişik ki, Kənd Təsərrüfatı Nazirliyinin Bakı şəhərində nə işi var? Bu nazirlik rayonların birində yerləşməlidir ki, təsərrüfata yaxın olsunlar və kimin nə işlə məşğul olduğunu öz gözləri ilə görsünlər. Əlbəttə ki, Bakı şəhərinin mərkəzindən Qobustanın Qaracüzlü sakinlərinin boş torpaqları görünmür. Nazirliyin cavabdeh qurumları isə boş torpaqları yox, ayrılan subsidiyaları çox yaxşı görürlər.
Heç inandırıcı deyil ki, “Gilan Holdinq”in rəsmisi Malik Məmmədov hər il boş torpaqlara aldığı 47 min manat subsidiyanı tək yeyir. Bu pulu “Gilan Holdinq”lə, yoxsa Kənd Təsərrüfatı Nazirliyi ilə bölür, onu biz bilmirik. Burada Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaxşı işləsə, böyük bir korrupsioner şəbəkəni ifşa edə bilər. O da maraqlıdır ki, “Gilan Holdinq” kimi böyük bir şirkətin ildə alınan 47 min manat pula ehtiyacımı varmı? Çünki M.Məmmədov torpaqları “Gilan Holdinq”in rəsmisi kimi alıb. Məlum deyil, həmin torpaqların pulunu “Gilan Holdinq”, yoxsa Malik Məmmədov öz şəxsi cibindən ödəyir.
Bizimlə telefon söhbətində isə Malik Məmmədov bildirmişdi ki, aldığı torpaqların etibarnaməsinin saxta olub-olmamasını bilməyib. O, sadəcə pulunu verib, torpaq alıb. Yenə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin burada araşdıracağı çox gözəl korrupsiya faktları var. Əlbəttə, bu, jurnalist araşdırması ilə üzə çıxası faktlar deyil. Bu səbəbdən inanırıq ki, Qobustanın Qaracüzlü sakinlərinin pozulmuş hüququnun bərpası üçün, həm ədliyyə naziri cənab Fikrət Məmmədov, həm kənd təsərrüfatı naziri Heydər Əsədov, həm də Baş Prokuror yannıda Korrupsiyaya Qarşı Mübarizə İdarsinin rəisi cənab Kamran Əliyev öz sözlərini deyəcəklər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Başqasının evində pulla qeydiyyata düşənləri gözləyən təhlükə - Video
Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi