Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1805
21.02.2021, 11:03
Bir çox ölkələrdə yol hərəkəti qaydalarını dəfələrlə pozan sürücülər yol polisi tərəfindən aşkar edildikdə, məcburi psixoloji müayinə mərkəzinə göndərilir. Həmin ölkələrdə yol polisi hesab edir ki, belə sürücülərin müəyyən psixoloji problemləri ola bilər. Yerli psixoloqlar da bu qaydanın ölkəmizdə tətbiq oluna biləcəyini deyirlər. Yol hərəkəti üzrə ekspertlər bildirirlər ki, bəzi istisnalar nəzərə alınmaqla bunu Azərbaycanda da həyata keçirmək olar.
Ötən il ölkəmizdə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3 milyon 631 min olub. Xətaların böyük əksəriyyəti sürət həddinin aşılması, dayanma-durma qaydalarının pozulması, işıqforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi və təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması ilə bağlıdır.
Müşahidələr onu göstərir ki, qaydaları pozan sürücülərin bir çoxu eyni əməli dəfələrlə edib.
Bəzi Avropa ölkələrində işıqforun qırmızı işığında keçən, sürət həddini dəfələrlə aşan sürücülər yol polisi tərəfindən aşkar edildikdə onlar məcburi psixoloji müayinəyə göndərilir. Məsələn, Almaniyada avtomobillərini piyadaların hərəkəti üçün nəzərdə tutulmuş ərazilərdə saxlayan və bunun qayda pozuntusu olduğunu bilə-bilə dəfələrlə edənlər, eləcə də bir neçə dəfə sərxoş vəziyyətdə sükan arxasında əyləşən sürücüləri ''İdiotentest'' deyilən psixoloji yoxlamaya göndərirlər.
Psixoloq Elnur Rüstmov deyir ki, həqiqətən də əgər hanısa sürücüsə dəfələrlə yol hərəkəti qaydasını kobud şəkildə pozursa, bu ciddi narahatlıq doğuran bir məsələdir. Psixoloqun sözlərinə görə, sükan arxasında telefonla danışmaq, eləcə də sürət həddini aşmaq insanlarda müəyyən psixoloji problemlərin ola biləcəyindən xəbər verir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, Avropadakı təcrübəni Azərbaycanda da tətbiq etmək olar. Amma bunun üçün maarifləndirmə işləri aparmaq lazımdır.
Ekspert əlavə edib ki, sürücülərin psixoloji mərkəzlərdə müayinə edilməsi təcrübəsi Avropada qəzaların sayının azalmasına səbəb olubsa, Azərbaycan üçün də uğurlu ola bilər. //Xəzər TV
22:36 / 13 Noyabr 2026
7
22:18 / 13 Noyabr 2026
56
22:13 / 13 Noyabr 2026
61
22:03 / 13 Noyabr 2026
82
21:43 / 13 Noyabr 2026
614
21:36 / 13 Noyabr 2026
79
21:29 / 13 Noyabr 2026
103
21:24 / 13 Noyabr 2026
75
21:03 / 13 Noyabr 2026
91
20:58 / 13 Noyabr 2026
99
20:50 / 13 Noyabr 2026
1022
20:41 / 13 Noyabr 2026
127
20:37 / 13 Noyabr 2026
98
20:35 / 13 Noyabr 2026
83
20:20 / 13 Noyabr 2026
104
20:09 / 13 Noyabr 2026
339
20:06 / 13 Noyabr 2026
97
20:05 / 13 Noyabr 2026
99
19:58 / 13 Noyabr 2026
335
19:53 / 13 Noyabr 2026
230
19:41 / 13 Noyabr 2026
131
19:38 / 13 Noyabr 2026
777
19:35 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.