TƏCİLİ! Oktay Saral getdi -RƏSMİ
26 Oktyabr 2026, 13:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
593
25.04.2020, 20:02
ABŞ-ın mühafizəkar qanadının önəmli şəxslərindən olan, Böyük Yaxın Şərq Planını hazırlayanlardan biri Daniel Paypsın “National İnterest” nəşrində Türkiyə-ABŞ münasibətlərinə dair məqaləsi yayımlanıb.
Oxu24.com xəbər verir ki, məqalədə Türkiyənin anti-ABŞ mövqeyindən əl çəkməyəcəyini yazan Payps mübarizə üçün 8 maddəlik təklif irəli sürür.
“Ərdoğan Türkiyəninin geri dönüşü yoxdur” başlıqlı məqalədə bildirilir ki, Ankara artıq müttəfiq deyil.
Müəllif yazır ki, Vaşinqtonda Türkiyə ilə bağlı mübahisələr var: “Bir qism hesab edir ki, bu, keçici prosesdir, digər qism bunun uzunmüddətli düşmənlik olduğu fikrini müdafiə edir. Fikirlər haçalanıb. Prezident, müdafiə, xarici işlər naziri, eləcə də iqtisadi marağı olanlar bunun keçici olduğunu düşünür. Konqres və analitiklərin çoxu isə bunun uzunmüddətli olduğunu hesab edirlər”.
Onun fikrincə, ABŞ Türkiyənin geri qayıdacağına artıq ümid etməməlidir: “İranın getdiyi kimi, Türkiyə də getdi”.
Payps ABŞ-ın Türkiyəyə qarşı mübarizəsində 8 istiqamət təklif edir.
1. Şikayət edin, qınayın və türklərin İŞİD-i dəstəkləməsi, Suriyanı işğal etməsi, Suriya və İraqı sudan məhrum etməsi, Liviyaya müdaxiləsi, Kipr bölgəsində neft axtarışını həyata keçirməsi kimi məsələlər üzərindən hərəkətə keçin.
2. Ərdoğanın Pensilvaniyada yaşayan siyasi düşməni Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi tələbini rədd edin.
3. Kürdləri, gülənçiləri, parlamentin müxalif fiqurlarına və digərlərinə dəstək verdiyinizi nümayiş etdirmək üçün Vaşinqtondakı yüksək səviyyəli toplantılara dəvət edin.
4. İqtisadi əlaqələri kəsin. Misal üçün, Türkiyənin enerji şirkətlərini kənarlaşdırın, polada gömrük vergisini çoxaldın.
5. Ankaranın Moskvadan S-400 raket sistemi almasına cavab olaraq, Türkiyəni Amerikanın Düşmənlərinə qarşı Sanksiya Qanununa (CAATSA) daxil edin.
6. Nüvə başlıqlarını NATO-nun Türkiyədəki hava bazasından çıxarın. Bu bazaların fəaliyyətini bir müddət məhdudlaşdırın, silahları oradakı təyyarələrə yükləməyin, çünki türklər bu silahları da ələ keçirə bilər.
7. ABŞ əsgərlərini Türkiyədən çıxarın.
8. Türkiyəni NATO-dan çıxarın, səs çoxluğu ilə beynəlxalq hüquqa əsasən bunu edə bilərsiniz.
Qeyd edək ki, D.Payps 15 iyul çevriliş cəhdinə açıq dəstək verdiyi üçün Türkiyəyə girişi qadağan olunub.
Mənbə: Publika.az
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.