İşləməyən analara ŞAD XƏBƏR - bu qədər müavinət ala bilər
25 İyun 2026, 11:28
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
118
25.06.2026, 13:56
Son dövrlərdə sosial şəbəkələrdə və müxtəlif internet platformalarında gizli dinləmə və müşahidə cihazlarının satışı ilə bağlı elanların sayının artması ictimai narahatlıq doğurur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür texniki vasitələrin əldə edilməsi, satışı və istifadəsi qanunvericiliklə ciddi şəkildə tənzimlənir və bəzi hallarda cinayət məsuliyyəti yarada bilər.
Oxu24.com-a açıqlamasında vəkil Mir Hüseyn Həbibli bildirib ki, gizli yolla məlumat əldə edilməsinə xidmət edən texniki vasitələrdən istifadə yalnız qanunla müəyyən edilmiş hallarda və səlahiyyətli qurumlar tərəfindən həyata keçirilə bilər.Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və həmin qanun çərçivəsində gizli məlumat toplamaq üçün nəzərdə tutulmuş texniki vasitələrin istifadəsinə xüsusi qaydalar tətbiq olunur.
“İlk növbədə qeyd etmək lazımdır ki, gizli yolla informasiyanın əldə olunmasına xidmət edən texniki vasitələrdən istifadə hər bir şəxs üçün sərbəst şəkildə mümkün deyil. Bu vasitələr yalnız qanunla müəyyən edilmiş hallarda və səlahiyyətli dövlət orqanları tərəfindən istifadə oluna bilər. Digər şəxslərin bu tip vasitələrdən istifadə etməsi qanunvericiliklə qadağan olunur.Gizli yolla informasiya əldə edilməsinə imkan verən texniki vasitələrin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin siyahıya müxtəlif elektron qurğular, gizli səs yazma vasitələri, müşahidə cihazları və digər xüsusi texniki vasitələr daxildir.”, – deyə vəkil vurğulayıb.
Onun sözlərinə görə, vətəndaşlar çox zaman bu cihazların internet üzərindən sərbəst satıldığını görərək onların əldə edilməsinin və istifadəsinin qanuni olduğunu düşünürlər. Halbuki belə vasitələrin istehsalı, satışı və dövriyyəsi ilə bağlı qanunvericilikdə ciddi məhdudiyyətlər mövcuddur.
Vəkil qeyd edib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində bu sahə ilə bağlı ayrıca məsuliyyət tədbirləri nəzərdə tutulub:“Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə əsasən, gizli yolla məlumat əldə etmək üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin qanunsuz istehsalı, satışı və ya dövriyyəyə buraxılması cinayət məsuliyyəti yaradır. Belə hallara yol verən şəxslər 2 min manatdan 5 min manatadək cərimə edilə, müəyyən müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilərlər”.
Mir Hüseyn Həbibli həmçinin bildirib ki, son illər şəxsi həyatın toxunulmazlığının pozulması ilə bağlı müraciətlərin sayı da artmaqdadır. Xüsusilə gizli şəkildə səs yazılarının əldə olunması, şəxsi danışıqların qeydə alınması və sonradan həmin məlumatlardan təzyiq və ya şantaj vasitəsi kimi istifadə olunması ciddi hüquqi nəticələr yarada bilər.Əgər hər hansı şəxs onun xəbəri olmadan səsinin yazıldığını, şəxsi məlumatlarının toplandığını və ya bu məlumatlardan şantaj məqsədilə istifadə edildiyini müəyyən edərsə, dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Belə halların vaxtında araşdırılması həm hüquqların qorunması, həm də qanunsuz əməllərin qarşısının alınması baxımından vacibdir.
Hüquqşünasın fikrincə, müasir texnologiyaların sürətli inkişafı insanlara yeni imkanlar yaratdığı kimi, şəxsi həyatın toxunulmazlığı ilə bağlı riskləri də artırır. Buna görə vətəndaşların bu sahədə hüquqi məsuliyyətləri bilməsi və qanunvericiliyin tələblərinə əməl etməsi xüsusi əhəmiyyət daşıyır.Gizli dinləmə və müşahidə vasitələrinin istifadəsi adi texniki məsələ deyil, birbaşa insan hüquqları və şəxsi həyatın qorunması ilə bağlı məsələdir. Bu səbəbdən belə vasitələrdən qanunsuz istifadə edən və ya onların dövriyyəsində iştirak edən şəxslər ciddi hüquqi məsuliyyətlə üzləşə bilərlər.
Nigar
17:51 / 25 İyun 2026
7
17:43 / 25 İyun 2026
32
17:33 / 25 İyun 2026
67
17:28 / 25 İyun 2026
64
17:26 / 25 İyun 2026
56
17:25 / 25 İyun 2026
57
17:18 / 25 İyun 2026
37
17:18 / 25 İyun 2026
36
17:09 / 25 İyun 2026
50
17:00 / 25 İyun 2026
55
16:55 / 25 İyun 2026
59
16:48 / 25 İyun 2026
67
16:45 / 25 İyun 2026
65
16:30 / 25 İyun 2026
76
16:25 / 25 İyun 2026
74
16:19 / 25 İyun 2026
224
16:05 / 25 İyun 2026
59
15:55 / 25 İyun 2026
61
15:45 / 25 İyun 2026
81
15:43 / 25 İyun 2026
72
15:34 / 25 İyun 2026
62
15:32 / 25 İyun 2026
90
15:30 / 25 İyun 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.