Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda beynəlxalq konfransda iştirak edib
10 Noyabr 2026, 11:42
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
628
24.06.2026, 14:06
Miras hüququ Azərbaycan qanunvericiliyində ən mürəkkəb və həssas sahələrdən biri hesab olunur. Vərəsəlik münasibətləri yalnız əmlak bölgüsü ilə deyil, həm də etik və hüquqi məsuliyyətlərlə sıx bağlıdır. Bəzi hallarda isə şəxsin vərəsəlik hüququndan məhrum edilməsi məsələsi gündəmə gəlir.
Bu barədə vəkil Araz Bağırov Oxu24.com-a açıqlamasında geniş izah verib.
Vəkil Araz Bağırov bildirib ki, miras hüququnda ən mühüm anlayışlardan biri “ləyaqətsiz vərəsə” institutudur:“Miras mövzusu hüququn ən ağır və ən diqqət tələb edən sahələrindən biridir. Burada əsas anlayışlardan biri də ləyaqətsiz vərəsə anlayışıdır. Ləyaqətsiz vərəsə dedikdə, miras qoyanın ölümünə bilərəkdən və ya qanunvericilikdə nəzərdə tutulan ağır hallarda səbəb olan şəxslər başa düşülür.”
Vəkilin sözlərinə görə, bu kimi hallarda şəxsin vərəsəlik hüququ ciddi şəkildə məhdudlaşdırılır:“Əgər şəxs qəsdən miras qoyanın ölümünə səbəb olarsa, bu zaman o, avtomatik olaraq miras hüququndan məhrum edilir. Lakin bəzi hallarda hadisə ehtiyatsızlıq nəticəsində baş verə bilər. Yəni şəxs qəsdən yox, diqqətsizlik və ya təsadüfi davranış nəticəsində miras qoyanın ölümünə səbəb olur.”
A.Bağırov qeyd edib ki, belə hallarda məsuliyyət məsələsi ayrıca qiymətləndirilir:“Burada əsas fərq ondan ibarətdir ki, ehtiyatsızlıq nəticəsində törədilən əməl cinayət və ya digər hüquqi məsuliyyət yaratsa da, hər bir halda şəxsin ləyaqətsiz vərəsə sayılıb-sayılmaması məhkəmə tərəfindən araşdırılır. Qəsd elementinin olub-olmaması bu məsələdə həlledici rol oynayır.”
Vəkil əlavə edib ki, məhkəmə qərarı olmadan heç bir şəxs avtomatik şəkildə miras hüququndan məhrum edilmir:“Bu cür hallarda mütləq şəkildə məhkəmə araşdırması aparılır, sübutlar qiymətləndirilir və yalnız bundan sonra qərar qəbul edilir.”
Onun sözlərinə görə, ləyaqətsiz vərəsə hesab edilən şəxslər mirasdan pay ala bilmirlər:“Qanunvericiliyin məqsədi burada ədalətin təmin olunmasıdır. Yəni miras qoyanın ölümünə ağır şəkildə təsir edən və ya qəsdən bu hadisəyə səbəb olan şəxslərin mirasdan yararlanması hüquqi və etik baxımdan qəbul edilmir.”
Vəkil sonda vurğulayıb ki, hər bir vərəsəlik işi fərdi qaydada araşdırılır və bu sahədə hüquqi qiymətləndirmə çox dəqiq aparılmalıdır.
Turan
13:24 / 10 Noyabr 2026
1
13:20 / 10 Noyabr 2026
27
13:05 / 10 Noyabr 2026
59
13:00 / 10 Noyabr 2026
66
12:37 / 10 Noyabr 2026
152
12:31 / 10 Noyabr 2026
74
12:21 / 10 Noyabr 2026
315
12:18 / 10 Noyabr 2026
90
12:04 / 10 Noyabr 2026
105
12:00 / 10 Noyabr 2026
264
11:45 / 10 Noyabr 2026
1823
11:42 / 10 Noyabr 2026
95
11:39 / 10 Noyabr 2026
113
11:28 / 10 Noyabr 2026
114
11:16 / 10 Noyabr 2026
202
11:04 / 10 Noyabr 2026
116
10:45 / 10 Noyabr 2026
130
10:39 / 10 Noyabr 2026
894
10:32 / 10 Noyabr 2026
114
10:28 / 10 Noyabr 2026
175
10:21 / 10 Noyabr 2026
214
10:17 / 10 Noyabr 2026
131
10:15 / 10 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.