Azərbaycanda kredit faizləri dəyişir? -İqtisadçı AÇIQLADI
09 Noyabr 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
644
25.06.2026, 15:18
Dünyada enerji bazarlarında qeyri-sabitliyin davam etdiyi, bir sıra ölkələrdə yanacaq qiymətlərinin ardıcıl şəkildə artdığı bir vaxtda Azərbaycanda da benzinin bahalaşacağı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Qlobal neft bazarındakı dəyişikliklər və geosiyasi gərginliklər fonunda ölkədə yanacaq qiymətlərinin artması nə dərəcədə real görünür?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, bir çox ölkələrdə yanacaq qiymətlərinin yüksəlməsi qlobal iqtisadiyyatda müşahidə olunan siyasi gərginliklərlə əlaqədardır.
“Dünyanın bir çox ölkəsində yanacaq qiymətlərinin bahalaşması qlobal iqtisadi və siyasi proseslərlə bağlıdır. Xüsusilə, ABŞ və Rusiya arasında mövcud olan gərginlik enerji daşıyıcılarının qiymətinə təsir edir. Toyuqlu pizza
Hazırda ölkədə yanacağın bahalaşacağını demək üçün əsaslı səbəb görünmür. Azərbaycanda valyuta məzənnəsi sabit saxlanılır və bu da qiymətlərin qorunmasına müsbət təsir göstərir. Digər tərəfdən, yanacaq tarifləri Tarif Şurasının qərarları ilə tənzimlənir”, – deyə o, vurğulayıb.
Günay Hüseynovanın sözlərinə görə, gələcəkdə sektorun inkişafı və ya bu sahədə hər hansı təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsi zərurəti yaranarsa, qiymətlərə yenidən baxılması mümkündür.
Beləliklə, qlobal bazarlarda yanacağın bahalaşmasına baxmayaraq, hazırkı şəraitdə Azərbaycanda benzinin qiymətinin artacağı ilə bağlı ciddi risklər müşahidə olunmur. Bununla belə, qiymət siyasətinin gələcək istiqaməti həm beynəlxalq enerji bazarlarındakı vəziyyətdən, həm də ölkədaxili tənzimləmə qərarlarından asılı olacaq.
12:37 / 10 Noyabr 2026
60
12:31 / 10 Noyabr 2026
47
12:21 / 10 Noyabr 2026
120
12:18 / 10 Noyabr 2026
66
12:04 / 10 Noyabr 2026
95
12:00 / 10 Noyabr 2026
224
11:45 / 10 Noyabr 2026
1403
11:42 / 10 Noyabr 2026
86
11:39 / 10 Noyabr 2026
97
11:28 / 10 Noyabr 2026
104
11:16 / 10 Noyabr 2026
167
11:04 / 10 Noyabr 2026
109
10:45 / 10 Noyabr 2026
118
10:39 / 10 Noyabr 2026
839
10:32 / 10 Noyabr 2026
108
10:28 / 10 Noyabr 2026
164
10:21 / 10 Noyabr 2026
209
10:17 / 10 Noyabr 2026
129
10:15 / 10 Noyabr 2026
164
10:10 / 10 Noyabr 2026
152
09:50 / 10 Noyabr 2026
1217
09:46 / 10 Noyabr 2026
129
09:35 / 10 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.