Məzuniyyətə çıxanların DİQQƏTİNƏ: Yenilik tətbiq olunacaq
10 Noyabr 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
689
08.06.2026, 20:10
Polis orqanları tərəfindən vətəndaşların çağırılması hüquqi prosedur çərçivəsində həyata keçirilir və bu zaman hər bir şəxsin müəyyən hüquqları və öhdəlikləri mövcuddur. Hüquqşünasların sözlərinə görə, bu prosesdə əsas məsələ çağırışın qanunauyğun şəkildə olub-olmamasının dəqiqləşdirilməsidir.
Hüquqşünas Ülvi Nağıyev Oxu24.com-a açıqlamasında bildirib ki, ilk növbədə vətəndaşa edilən çağırışın rəsmi olub-olmadığı müəyyən edilməlidir. Əgər çağırış vətəndaşa rəsmi “çağırış vərəqəsi” vasitəsilə təqdim olunubsa, həmin sənəddə mütləq çağırış edən orqanın adı, çağırılan şəxsin gəlməli olduğu tarix, eləcə də çağırışı imzalayan polis əməkdaşının adı və vəzifəsi göstərilməlidir. Bu məlumatların olmaması çağırışın düzgün rəsmiləşdirilmədiyini göstərə bilər.
Əgər çağırış telefon vasitəsilə edilibsə, vətəndaşın hüququ var ki, çağırışın səbəbini, onu dəvət edən əməkdaşın adını, soyadını və vəzifəsini dəqiq şəkildə öyrənsin. Bu, şəffaflığın təmin edilməsi və prosesin hüquqi çərçivədə aparılması üçün vacib hesab olunur.
Mütəxəssis qeyd edir ki, polis vətəndaşı müxtəlif statuslarda – şahid, zərərçəkmiş və ya şübhəli şəxs kimi çağıra bilər. Hər bir halda çağırılmanın məqsədi və səbəbi vətəndaşa açıq şəkildə izah edilməlidir. Bu, şəxsin öz hüquqlarını bilməsi və prosesdə düzgün iştirak etməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Hüquqşünasın sözlərinə görə, polis çağırışından yayınmaq düzgün yanaşma deyil. Vətəndaşın çağırışa getmək öhdəliyi var və üzrlü səbəb olmadan gəlmədikdə, qanunvericiliyə uyğun olaraq məcburi gətirilmə barədə qərar qəbul edilə bilər.
Eyni zamanda, çağırışa gedən şəxsin hüquqları da qorunur. Vətəndaş ifadə verməzdən əvvəl və ya istintaq zamanı vəkilin iştirakı ilə hərəkət edə bilər. Vəkillə birlikdə iştirak etmək onun hüquqlarının daha peşəkar şəkildə müdafiə olunmasına imkan yaradır.
Bundan əlavə, vətəndaşın susmaq hüququ da mövcuddur. Şəxs özünü ittiham edən və ya zərər verə biləcək suallara cavab verməkdən imtina edə bilər və bu, qanunla onun hüquqlarının pozulması hesab edilmir.
Hüquqşünas vurğulayır ki, vəkilin iştirakı xüsusilə vacibdir. Vəkil proses zamanı mümkün prosedur pozuntularının qarşısını alır, vətəndaşın hüquqlarını qoruyur və istintaqın qanun çərçivəsində aparılmasına nəzarət edir.
Nəticə etibarilə, polis çağırışı ilə üzləşən hər bir vətəndaş həm çağırışın qanuniliyini yoxlamalı, həm də öz hüquqlarını bilməli və onlardan düzgün istifadə etməlidir.
Nigar
23:43 / 10 Noyabr 2026
1
23:39 / 10 Noyabr 2026
11
23:28 / 10 Noyabr 2026
217
23:27 / 10 Noyabr 2026
118
23:17 / 10 Noyabr 2026
361
23:15 / 10 Noyabr 2026
157
23:00 / 10 Noyabr 2026
79
22:58 / 10 Noyabr 2026
92
22:55 / 10 Noyabr 2026
96
22:35 / 10 Noyabr 2026
95
22:30 / 10 Noyabr 2026
258
22:27 / 10 Noyabr 2026
81
22:19 / 10 Noyabr 2026
99
22:04 / 10 Noyabr 2026
169
21:55 / 10 Noyabr 2026
551
21:51 / 10 Noyabr 2026
93
21:49 / 10 Noyabr 2026
214
21:46 / 10 Noyabr 2026
221
21:44 / 10 Noyabr 2026
103
21:40 / 10 Noyabr 2026
104
21:33 / 10 Noyabr 2026
18724
21:19 / 10 Noyabr 2026
115
21:12 / 10 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.