Bu məlumata görə həbs OLUNA BİLƏRSİNİZ!
29 Sentyabr 2026, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
587
17.04.2026, 20:11
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsinin Plenumunun növbəti iclası keçirilib.
Oxu24.com Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 62-ci maddəsi baxımından Cinayət-Prosessual Məcəlləsinin 74.3-cü maddəsində nəzərdə tutulan "axırıncı yaşayış yeri" və 522.6-cı maddəsində nəzərdə tutulan "sonuncu yaşayış yeri" anlayışlarının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 1, 2, 3 və 5-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F. Məmmədovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru F. Abbasovanın və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru L. Məmmədovanın rəyini və iş materiallarını araşdırıb, müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Konstitusiyanın 62-ci maddəsinin hüquqi təyinatından və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 1-ci maddəsinin tələblərindən irəli gələrək, Cinayət-Prosessual Məcəllənin 74.3 və 522.6-cı maddələrində ərazi üzrə məhkəmə aidiyyətini müəyyən edən "axırıncı yaşayış yeri" və "sonuncu yaşayış yeri" anlayışları "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 3-cü maddəsində əks olunan sənədlərdə göstərilən yaşayış yerini ehtiva edir.
Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqda məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən edilir.
Konstitusiyanın 62-ci maddəsinin, hüquqi müəyyənlik prinsipinin tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla:
- təqsirləndirilən şəxs Azərbaycanda yaşayış yeri üzrə qeydiyyata alınmadığı halda xaricdə törədilməsi ehtimal olunan cinayətə dair işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Cinayət-Prosessual Məcəllənin 74.3-cü maddəsinin təkmilləşdirilməsi;
- Cinayət-Prosessual Məcəllənin 74.3 və 522.6-cı maddələrində nəzərdə tutulan "axırıncı yaşayış yeri" və "sonuncu yaşayış yeri" anlayışlarının, həmçinin 74.1-ci maddəsində əks olunmuş "cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan" ifadəsinin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 25.5, 54.2 və 56.0.2-ci maddələrinin tələblərinə uyğunlaşdırılması məqsədilə həmin maddələrdə müvafiq dəyişikliklərin edilməsi Milli Məclisə tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
00:16 / 30 Sentyabr 2026
74
00:02 / 30 Sentyabr 2026
71
23:55 / 29 Sentyabr 2026
1408
23:47 / 29 Sentyabr 2026
60
23:43 / 29 Sentyabr 2026
65
23:34 / 29 Sentyabr 2026
60
23:23 / 29 Sentyabr 2026
146
23:12 / 29 Sentyabr 2026
86
23:08 / 29 Sentyabr 2026
71
23:07 / 29 Sentyabr 2026
54
22:50 / 29 Sentyabr 2026
67
22:39 / 29 Sentyabr 2026
79
22:28 / 29 Sentyabr 2026
109
22:28 / 29 Sentyabr 2026
941
22:24 / 29 Sentyabr 2026
183
22:09 / 29 Sentyabr 2026
64
22:09 / 29 Sentyabr 2026
211
21:58 / 29 Sentyabr 2026
362
21:45 / 29 Sentyabr 2026
70
21:36 / 29 Sentyabr 2026
99
21:26 / 29 Sentyabr 2026
73
20:56 / 29 Sentyabr 2026
510
20:53 / 29 Sentyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.