Alimentlə bağlı çoxlarının bilmədiyi FAKT
11 Noyabr 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
601
17.04.2026, 17:55
Hakimliyə və vəkilliyə namizədlər, hüquqşünaslar, vəkillər, həmçinin məhkəmə və digər dövlət qurumlarında çalışan hüquqşünas mütəxəssislər üçün "Hakimlərin və vəkillərin etik davranış qaydaları" mövzusunda məlumat sessiyası keçirilib.
Bu barədə Oxu24.com-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.
Bildirilib ki, sessiya Məhkəmə-Hüquq Şurası, Vəkillər Kollegiyası və "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışında hüquq sistemində etik davranış prinsiplərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, hakim və vəkillərin peşə fəaliyyətində yüksək etik standartlara riayət olunması ədalət mühakiməsinin keyfiyyətinə birbaşa təsir göstərir.
Sessiyada çıxış edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin müavini Rəşad Həsənli hakimlərin etik davranış qaydaları, peşə fəaliyyətinin əsas prinsipləri və bu sahədə tətbiq olunan beynəlxalq standartlar barədə ətraflı məlumat verib. Sonra Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev vəkillərin etik davranış qaydalarına dair təqdimatla çıxış edərək vəkilin ona müraciət edən şəxslərlə münasibətləri, məhkəmə və digər orqanlarla qarşılıqlı əlaqələri, həmçinin peşəkar münasibətlərin qurulması və davamlı inkişafının əhəmiyyəti barədə danışıb.
Məlumat sessiyasının davamında Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev və İnstitutun Ekspert Şurasının üzvü, sabiq hakim Səadət Bəktaşi iştirakçılar tərəfindən verilən hakimlərin və vəkillərin fəaliyyətində rast gəlinən etik pozuntulara dair sualları cavablandırıblar.
10:27 / 12 Noyabr 2026
27
10:20 / 12 Noyabr 2026
39
10:18 / 12 Noyabr 2026
48
10:05 / 12 Noyabr 2026
122
09:51 / 12 Noyabr 2026
72
09:48 / 12 Noyabr 2026
74
09:42 / 12 Noyabr 2026
162
09:36 / 12 Noyabr 2026
85
09:22 / 12 Noyabr 2026
540
08:13 / 12 Noyabr 2026
200
08:05 / 12 Noyabr 2026
64
07:20 / 12 Noyabr 2026
128
03:10 / 12 Noyabr 2026
152
01:25 / 12 Noyabr 2026
269
00:55 / 12 Noyabr 2026
243
00:43 / 12 Noyabr 2026
154
00:35 / 12 Noyabr 2026
451
00:33 / 12 Noyabr 2026
142
00:27 / 12 Noyabr 2026
163
00:24 / 12 Noyabr 2026
193
00:19 / 12 Noyabr 2026
191
00:17 / 12 Noyabr 2026
335
00:11 / 12 Noyabr 2026
178
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.