Bir vəkil kollegiyadan çıxarılıb, 2 nəfər cərimə olunub
13 Noyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2252
06.03.2026, 14:34
Ailə münasibətlərində atalıq məsələsi tez-tez mübahisə doğuran hüquqi mövzulardan biridir.
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Esmira Rzayeva bildirib ki, Azərbaycan qanunvericiliyinə görə ata yalnız bir halda övladından imtina edə bilər.
Vəkilin sözlərinə görə, mövcud qanunvericilik atalıq məsələsini konkret şəkildə tənzimləyir və bu sahədə özbaşına qərar vermək mümkün deyil.
“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq nikahın pozulduğu tarixdən və ya atanın ölümündən sonra 300 gün ərzində dünyaya gələrsə, onun atası ananın keçmiş əri hesab olunur. Bu halda atalıq faktı nikah qeydi ilə təsdiq edilir. Yəni, ata öz doğma övladından sadəcə istəyi ilə imtina edə bilməz”, – deyə vəkil vurğulayıb.
E.Rzayevanın sözlərinə görə, hətta başqa bir şəxsin uşağın atası kimi qeydiyyata alınmaq istəyi belə mövcud hüquqi vəziyyəti dəyişmir:
“Əgər kişi rəsmi şəkildə uşağın atası kimi qeydiyyata alınıbsa, o, yalnız bir halda bu statusdan imtina edə bilər – uşağın ondan olmadığını sübut etdiyi təqdirdə. Bunun üçün məhkəməyə müraciət olunmalı, atalıq faktının mübahisələndirilməsi barədə iddia qaldırılmalı və DNT ekspertizası tələb edilməlidir. Yalnız DNT analizinin nəticəsində həmin şəxsin bioloji ata olmadığı müəyyən edilərsə, o zaman atalıq hüquq və vəzifələrinə xitam verilə bilər.”
Vəkil qeyd edib ki, məhkəmə qərarı olmadan atalıqdan imtina hüquqi nəticə doğurmur. DNT ekspertizasının nəticəsi əsas sübut hesab olunur və yalnız bundan sonra şəxs aliment öhdəliyindən və digər valideynlik hüquq və vəzifələrindən azad edilə bilər.
Esmira Rzayeva valideynlərə çağırış edərək bildirib ki, bu kimi hallarda emosional qərarlar deyil, hüquqi prosedurlar əsas götürülməlidir. Onun sözlərinə görə, ailə mübahisələrində düzgün hüquqi məsləhət almaq tərəflərin həm vaxtına, həm də maddi və mənəvi itkilərinə qənaət edə bilər.
Hazırladı: Jalə
15:30 / 13 Noyabr 2026
1
15:01 / 13 Noyabr 2026
54
14:59 / 13 Noyabr 2026
143
14:50 / 13 Noyabr 2026
70
14:46 / 13 Noyabr 2026
76
14:33 / 13 Noyabr 2026
82
14:24 / 13 Noyabr 2026
395
14:17 / 13 Noyabr 2026
363
14:12 / 13 Noyabr 2026
80
14:05 / 13 Noyabr 2026
147
14:00 / 13 Noyabr 2026
87
13:43 / 13 Noyabr 2026
174
13:41 / 13 Noyabr 2026
86
13:20 / 13 Noyabr 2026
85
13:05 / 13 Noyabr 2026
190
12:57 / 13 Noyabr 2026
136
12:45 / 13 Noyabr 2026
124
12:32 / 13 Noyabr 2026
168
12:20 / 13 Noyabr 2026
110
12:17 / 13 Noyabr 2026
107
12:08 / 13 Noyabr 2026
809
11:55 / 13 Noyabr 2026
159
11:45 / 13 Noyabr 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.