Hərbi hissədən qaçan əsgəri hansı CƏZA GÖZLƏYİR? -HÜQUQŞÜNAS DANIŞIR
01 Oktyabr 2026, 19:44
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
4148
11.02.2026, 11:40
“İşçiyə “əldən maaş” verilməsi və ixtisara salınması bu halda qanun pozuntusudur”- Hüquqşünasdan təcili xəbərdarlıq
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim edəcəyimiz mövzu əmək haqqının bir hissəsinin kart,digər hissəsinin nağd şəkildə ("əldən") verilməsi və işçinin qanunsuz olaraq ixtisara salınması ilə bağlıdır.
Vətəndaşın maaşının böyük hissəsi kartsız -yəni “əldən maaş verilməsi” prinsipi ilə ödənilir. Bu halda vətəndaş nə etməlidir?
İxtisarla işdən çıxarılan vətəndaşın hansı hüquqları var??
Oxu24.com-un suallarını tanınmış hüquqşünas Ellada Bayramova cavablandırıb.
Hüquqşünas bildirib ki, “əldən maaş verilməsi” və “ixtisar zamanı işçinin hüquqları” Əmək münasibətləri hüquqi dövlətin əsas sütunlarından biridir:
”İşçinin əməyinin müqabilində aldığı əməkhaqqı və iş yerinin qorunması Konstitusiya ilə təmin edilmiş hüquqlardandır. Lakin praktikada tez-tez rast gəlinən iki ciddi problem mövcuddur: Əməkhaqqının rəsmi deyil, “əldən” verilməsi; İşçilərin ixtisar adı altında qanunsuz şəkildə işdən çıxarılması.
Sizin sorğunuza əsasən bildirək ki, hər iki hal Əmək Məcəlləsi, Vergi Qanunvericiliyi və məhkəmə təcrübəsi baxımından ayrıca təhlil edilir.
Əməkhaqqının böyük hissəsinin “əldən” verilməsinin (qeyri-rəsmi ödəniş) hüquqi mahiyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 7 – əmək münasibətlərinin yalnız əmək müqaviləsi əsasında qurulmasını tələb edir; Maddə 154 – əməkhaqqının ödənilməsini işəgötürənin əsas vəzifəsi kimi müəyyən edir; Maddə 173 – əməkhaqqının rəsmi sənədlərlə rəsmiləşdirilməsini nəzərdə tutur.
Əməkhaqqının “əldən” verilməsi: vergi yayınmasına, sosial sığorta ödənişlərinin gizlədilməsinə, işçinin gələcək pensiya hüquqlarının pozulmasına səbəb olur. Bu hal qanunsuzdur.
İşçi üçün hüquqi risklər nədir?
Hüquqşünasın sözlərinə görə,əgər maaşın yalnız bir hissəsi rəsmi göstərilibsə, işçinin pensiya kapitalı azalır. Xəstəlik vərəqəsi və məzuniyyət pulu az hesablanır.
İxtisar və ya işdən çıxarılma zamanı kompensasiya az olur.İşçi faktiki gəlirini sübut etməkdə çətinlik çəkir.
Vətəndaş nə etməlidir?
İşçi aşağıdakı hüquqi addımları ata bilər:
Sübut toplamalıdır: bank çıxarışları, yazışmalar (WhatsApp, SMS), şahid ifadələri, verilmiş qəbzlər, əmək müqaviləsi və əlavə razılaşmalar.
Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət: Əmək Məcəlləsi Maddə 294 əsasında.
Məhkəməyə müraciət: Tələb edə bilər: faktiki maaşın tanınmasını; ödənilməmiş hissənin tutulmasını; dəymiş maddi ziyanın ödənilməsini.
Vergi orqanına məlumat: Çünki bu hal Vergi Məcəlləsinin pozuntusudur.
Hüquqşünas Ellada Bayramova ixtisarla bağlı suala cavab olaraq bilidirib ki, ixtisar zamanı işdən çıxarılan vətəndaşın hüquqları, ixtisarın hüquqi anlayışı, Əmək Məcəlləsi Maddə 70 (b) – ştatların ixtisarı ilə əmək müqaviləsinin ləğvini mümkün sayır:
” Lakin ixtisar əsaslandırılmış olmalıdır, prosedura uyğun aparılmalıdır, işçinin hüquqları qorunmalıdır.
İşəgötürənin əsas vəzifələri: İşəgötürən işçini ən azı 2 ay əvvəl yazılı xəbərdar etməlidir (Maddə 77);
Eyni vəzifəli işçilər arasında seçim aparılarkən: daha yüksək ixtisaslı, sosial cəhətdən həssas şəxslərə üstünlük verilməlidir; Vakant yer varsa, işçiyə təklif edilməlidir; İxtisar pulu ödənməlidir.
İxtisar zamanı işçiyə düşən ödənişlər
Əmək Məcəlləsi Maddə 77 və 78-ə əsasən: İşçiyə orta aylıq əməkhaqqı məbləğində müavinət; istifadə olunmamış məzuniyyətə görə kompensasiya; son ayın əməkhaqqı tam ödənilməlidir.
Qanunsuz ixtisar halları aşağıdakı hallarda ixtisar qanunsuz sayılır:
İxtisar formal xarakter daşıyırsa; eyni vəzifəyə yeni işçi götürülübsə; 2 ay əvvəl xəbərdarlıq edilməyibsə; sosial üstünlük hüquqları nəzərə alınmayıbsa; ixtisar bəhanə edilərək işçi təzyiq altında çıxarılıbsa.
İşçi nə edə bilər?
İşçi, Məhkəməyə müraciət edə bilər və tələb edə bilər: işə bərpanı; məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsini; mənəvi zərərin tutulmasını. Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edə bilər. Əməkhaqqının “əldən” verilməsi də, ixtisar zamanı hüquqların pozulması da əmək hüquqlarının kobud şəkildə tapdalanmasıdır.
Hüquqşünas Ellada Bayamova onu da vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyası və Əmək Məcəlləsi işçini müdafiə edən mexanizmlər təqdim edir:” Vətəndaş bilməlidir ki, əməkhaqqı rəsmi olmalıdır, ixtisar yalnız qanun çərçivəsində mümkündür, hüquqların pozulması zamanı məhkəməyə müraciət etmək onun konstitusion hüququdur”.
Əntiqə Rəşid
02:00 / 02 Oktyabr 2026
97
00:03 / 02 Oktyabr 2026
151
23:54 / 01 Oktyabr 2026
95
23:41 / 01 Oktyabr 2026
137
23:12 / 01 Oktyabr 2026
145
23:00 / 01 Oktyabr 2026
116
22:53 / 01 Oktyabr 2026
104
22:52 / 01 Oktyabr 2026
118
22:50 / 01 Oktyabr 2026
191
22:42 / 01 Oktyabr 2026
92
22:31 / 01 Oktyabr 2026
103
22:24 / 01 Oktyabr 2026
134
22:18 / 01 Oktyabr 2026
265
22:07 / 01 Oktyabr 2026
110
21:42 / 01 Oktyabr 2026
100
21:41 / 01 Oktyabr 2026
122
21:31 / 01 Oktyabr 2026
103
21:29 / 01 Oktyabr 2026
113
21:26 / 01 Oktyabr 2026
304
21:25 / 01 Oktyabr 2026
89
21:19 / 01 Oktyabr 2026
97
21:15 / 01 Oktyabr 2026
91
21:08 / 01 Oktyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.