Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
658
03.05.2026, 22:15
Sağalmaq üçün qəbul etdiyimiz dərmanların bədənimizdə uzunmüddətli iz buraxa biləcəyi ilə bağlı yeni araşdırma aparılıb. Məlum olub ki, bəzi geniş istifadə olunan dərmanlar bağırsaq mikrobiomunu illərlə dəyişdirə bilər.
Araşdırma Tartu Universiteti alimləri tərəfindən aparılıb. Tədqiqatçılar Estoniya Biobankının 2 500 iştirakçısı üzərində analiz apararaq 186 fərqli dərmanın bağırsaq mikrobiomuna təsirini qiymətləndiriblər.
Nəticələr göstərib ki, bu dərmanlardan 167-si mikrobiom balansına birbaşa təsir edir, 78-i isə istifadə dayandırıldıqdan sonra belə uzunmüddətli dəyişikliklərə səbəb ola bilər.
Mütəxəssislər bağırsaq mikrobiomunu “ikinci beyin” adlandırırlar. Çünki burada yaşayan trilyonlarla bakteriya təkcə həzm sisteminə deyil, immun sistemə, hormon balansına və hətta psixoloji vəziyyətə təsir
göstərir. Mikroorqanizmlərin tarazlığının pozulması isə “diskbioz” adlanan vəziyyətə gətirib çıxarır.
Hansı dərmanlar risk qrupundadır?
Araşdırmada xüsusilə bu dərman qruplarının adı çəkilir:
1. Benzodiazepinlər – Yuxu problemləri üçün istifadə olunur
2. Proton pompa inhibitorları – Mədə turşusunu azaldan preparatlar
3. Beta-blokerlər – Ürək-damar xəstəliklərində təyin edilir
4. Metformin – Şəkərli diabet üçün
5. Antidepresantlar
Alimlər bildirirlər ki, bu preparatlar bağırsaq bakteriyalarının müxtəlifliyini azalda və faydalı mikroorqanizmlərin sayını aşağı sala bilər.
Mikrobiom balansının pozulması aşağıdakı problemlərlə əlaqələndirilir:
1. Həzm pozuntuları
2. Allergiya və astma
3. Piylənmə
4. İltihabi bağırsaq xəstəlikləri
5. Depressiya
Mütəxəssislər dərmanların özbaşına dayandırılmasının təhlükəli olduğunu xüsusi vurğulayırlar. Onların sözlərinə görə, hər hansı dəyişiklik yalnız həkim məsləhəti ilə edilməlidir.
Ekspertlər mikrobiomun qorunması üçün bir neçə tövsiyə verirlər:
1. Lifli qidaların (tərəvəz, meyvə, tam taxıllar) qəbulunu artırmaq
2. Şəkər və həddindən artıq qırmızı ət istehlakını azaltmaq
3. Mütəmadi fiziki aktivliklə məşğul olmaq
4. Lazımsız dərman istifadəsindən çəkinmək
Araşdırmalar bir daha göstərir ki, dərmanlar həyati əhəmiyyət daşısa da, onların uzunmüddətli təsirləri də nəzərə alınmalıdır. Sağlamlıq yalnız xəstəliyi müalicə etmək deyil, bədənin daxili balansını qorumaqdan da keçir.(yenisabah.az)
01:25 / 12 Noyabr 2026
90
00:55 / 12 Noyabr 2026
94
00:43 / 12 Noyabr 2026
98
00:35 / 12 Noyabr 2026
215
00:33 / 12 Noyabr 2026
99
00:27 / 12 Noyabr 2026
110
00:24 / 12 Noyabr 2026
120
00:19 / 12 Noyabr 2026
132
00:17 / 12 Noyabr 2026
178
00:11 / 12 Noyabr 2026
126
23:54 / 11 Noyabr 2026
110
23:52 / 11 Noyabr 2026
114
23:50 / 11 Noyabr 2026
137
23:45 / 11 Noyabr 2026
1031
23:28 / 11 Noyabr 2026
107
23:24 / 11 Noyabr 2026
116
23:18 / 11 Noyabr 2026
130
23:09 / 11 Noyabr 2026
129
23:03 / 11 Noyabr 2026
116
23:01 / 11 Noyabr 2026
140
22:55 / 11 Noyabr 2026
114
22:38 / 11 Noyabr 2026
180
22:31 / 11 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.