Vilayət Eyvazovun Xaçmazdakı vətəndaş qəbulunun tarixi dəyişdirilib
12 Avqust 2025, 16:45
Qaynar xətt:
(+99450) 247 90 86Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib
HÜQUQ
950
17.07.2025, 16:21
İyul ayının 17-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
Əvvəlcə müşavirə iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq büstü önünə tər güllər düzmüş, habelə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.
Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov 2025-ci ilin birinci yarımilində ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasi, iqtisadi, sosial, hərbi quruculuq və diplomatik siyasət nəticəsində cəmiyyətin bütün sahələrində tərəqqi və inkişafa nail olunmaqla, ölkəmizin suverenliyinin daha da möhkəmləndiyini bildirmişdir.
Şəhid ailələrinin, müharibə iştirakçılarının qayğıları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən daim nəzarətdə saxlanılmaqla, onların müraciətlərinin vaxtında həlli istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilir.
Dövlət başçısı tərəfindən prokurorluq orqanlarının inkişafının daim diqqətdə saxlanıldığı, xidməti vəzifələrin icrası üçün bütün şəraitin yaradıldığı, cari ilin aprel ayının 18-də Pirallahı, 25-də Nəsimi rayon prokurorluqlarının yeni inzibati binalarının, may ayının 8-də Bakı şəhər prokurorluğunun yeni inzibati korpusunun istifadəyə verilməsinin prokurorluq əməkdaşlarına olan qayğının təcəssümü kimi vurğulanmışdır.
2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar, paytaxtın prokurorluq orqanlarının da bu mühüm tədbirlərdə yaxından iştirak etməsi, 8 may 2025-ci il tarixdə Bakı şəhər prokurorluğunda, 23 may 2025-ci il tarixdə Nəsimi rayon prokurorluğunda konstitusiya quruculuğu və suverenliyin təmin olunması mövzularında konfrans və seminarların keçirildiyi, bu mövzuda tədbirlərin davam etdiriləcəyi qeyd olunmuşdur.
Əməliyyat müşavirəsində Azərbaycan Respublikasının Baş prokurorunun müəyyənləşdirdiyi vəzifələrin icrası üzrə Bakı şəhərinin prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, 2025-ci ilin birinci yarımilıi ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 7549 törədilmiş cinayət hadisəsi qeydiyyata alınmışdır ki, onların 92,6 %-nin açılması təmin olunmuşdur.
Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin birinci yarımilində törədilən 12 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılması təmin edilmişdir.
Qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, oğurluq, mənimsəmə və israf etmə, dələduzluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlər, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmış, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma, adam oğurluğu, quldurluq, ekoloji cinayətlərin sayında isə artım müşahidə olunmuşdur.
Bildirilmişdir ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 130 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 86 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir. Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə hesabat dövründə cəmi 2722 cinayət işinin istintaqı tamamlanaraq, 2151 iş məhkəmələrə göndərilmişdir.
Həmçinin oxuyun
Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 9.934.994,14 manat məbləğində maddi ziyanın 5.279.487,65 manatı və ya 53,1 %-nin ödənilməsi təmin edilmişdir.
Müşavirədə həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilmişdir.
Vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunmuş, xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanmışdır.
Hesabat dövründə Bakı şəhər prokurorluğuna 9225 müraciət daxil olaraq baxılmış, ümumilikdə 1214 vətəndaş qəbulu həyata keçirilmiş, onlardan 158 nəfər Bakı şəhər prokuroru tərəfindən qəbul edilmişdir.
“Elektron Prokurorluq” informasiya sisteminin tətbiqinin prokurorluq orqanlarında işin səmərəliliyinin artırılmasına müsbət təsiri xüsusi qeyd olunmaqla, bütün prokurorluq işçilərinin gündəlik fəaliyyətlərində sistemin imkanlarından istifadə etməsi vurğulanmışdır.
Bakı şəhər prokurorluğunun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin birinci yarımilinin nəticələrinə görə artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində müvafiq tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış qəsdən adam öldürmə cinayətlərinin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılmışdır.
Həmçinin hesabat dövründə prokurorluq əməkdaşları tərəfindən xidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət edilməklə, Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşının intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunmaları qeyd olunmuşdur.
Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları hesabat məruzə ilə çıxış edərək, görülən işlərin vəziyyəti barədə məlumat vermiş, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildirmişlər.
Əməliyyat müşavirəsinə yekun vuran Bakı şəhər prokuroru Elşən Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini ifadə etmişdir.
22:47 / 12 Avqust 2025
Azərbaycanda müğənni qətlə yetirilib
393
22:22 / 12 Avqust 2025
Avqustun 13-də havanın temperaturu dəyişəcək
754
22:17 / 12 Avqust 2025
Uşaq iynədən ölüb? - VİDEO
58
21:49 / 12 Avqust 2025
Misir Mərdanov Azərbaycanın Ermənistandakı səfiri olacaq?
746
21:39 / 12 Avqust 2025
Zelenski Alyaskadakı danışıqların nəticələrini tanımayacağını açıqladı
63
21:21 / 12 Avqust 2025
Elçin müəllimin unudulmaz təbəssümü - Sərvaz HÜSEYNOĞLU
68
21:16 / 12 Avqust 2025
Lavrov ABŞ dövlət katibi Rubioya zəng edib
58
21:13 / 12 Avqust 2025
Putin Kim Çen Ina zəng edib
57
20:53 / 12 Avqust 2025
860 abonentin qazı kəsiləcək
74
20:38 / 12 Avqust 2025
Bakıda ağır qəza baş verib: Yaralılar var
551
20:31 / 12 Avqust 2025
Alla Puqaçova yay qonorarını yarıya endirib
63
20:27 / 12 Avqust 2025
Zelenski Putin və Trampla görüşəcəyini açıqlayıb
58
18:01 / 12 Avqust 2025
Priqojinin kürəkəni Ukraynada ölüb
75
17:59 / 12 Avqust 2025
Karapetyanın ailəsi Ermənistandan 500 milyon dollar tələb edir
81
17:44 / 12 Avqust 2025
Məşhur “tiktoker” “şir”lərə görə 90 min manat cərimələnib - ŞOK DETALLAR
261
17:40 / 12 Avqust 2025
Çindən gömrük rüsumu elanı
143
17:35 / 12 Avqust 2025
53 dərəcə isti şəhəri boşaldıb
162
17:21 / 12 Avqust 2025
İsveçrə Rusiya neftinin qiymətinin tavanını 47,6 dollara endirib
78
17:07 / 12 Avqust 2025
Tramp Putinlə görüşdən əvvəl danışıqlar aparacaq
78
17:03 / 12 Avqust 2025
Ukrayna ərazilərini Rusiyaya verməyəcək
70
16:56 / 12 Avqust 2025
İsveçrə Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
84
16:46 / 12 Avqust 2025
Onlara vəzifə verdilər - ADLAR
837
16:45 / 12 Avqust 2025
Vilayət Eyvazovun Xaçmazdakı vətəndaş qəbulunun tarixi dəyişdirilib
77
15:35 / 12 Avqust 2025
Qazaxıstanda rus dərslərinə maraq kəskin şəkildə azalıb
87
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.