Baş prokuror Bakıda vətəndaşları qəbul edəcək
07 İyul 2025, 10:24
Qaynar xətt:
(+99450) 247 90 86Xaricdə yaşayan bloger istintaqa dəvət edilib
HÜQUQ
380
10.04.2025, 20:35
Baş Prokurorluq xaricdə yaşayan bloger İmaməddin Əhlimanovu istintaqa dəvət edib.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluqdan İTV-yə bildirilib.
Məlumatda bildirilir ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs Əlimanov İmaməddin İntiqam oğluna barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Təqsirləndirilən şəxs, 06.10.1985-ci il təvəllüdlü Əlimanov İmaməddin İntiqam oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
İmaməddin Əlimanov şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 05 may 2025-ci il tarixdə, saat 12:00-da Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Həmçinin oxuyun
İmaməddin Əlimanovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 27 may 2021-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən, onun 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci ilin may ayınadək olan müddət ərzində vahid niyyətlə müxtəlif vaxtlarda “youtube”” sosial media hesabında “Xalq tv” adlı kanal təsis etməklə həmin kanalda, o cümlədən “Osmanqızı tv” və “İnqilab tv” kanallarında yerləşdirdiyi videomüraciətlərində və çıxışlarında digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.
İmaməddin Əlimanov istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 27 may 2021-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs İmaməddin Əlimanova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
13:25 / 08 İyul 2025
Tramp Rusiyaya təsir edə biləcəkmi?
4
13:10 / 08 İyul 2025
Polis bu əməlinə görə qadını tutdu - FOTO
37
13:06 / 08 İyul 2025
“Bakı Metropoliteni”ndə yeni təyinat olub
14
13:02 / 08 İyul 2025
Sabahın havası AÇIQLANDI
39
12:48 / 08 İyul 2025
DTX-dən şok əməliyyat: Görün kimlər tutuldu
1363
12:37 / 08 İyul 2025
İyulun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK
71
12:35 / 08 İyul 2025
Onları vəzifəyə Prezident təyin edəcək
108
12:17 / 08 İyul 2025
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
514
11:53 / 08 İyul 2025
Qardaşının qucağında şəhid olmuşdu... Doğum günü olan ŞƏHİDİMİZ
103
11:47 / 08 İyul 2025
Polşanı güclü qasırğa vurdu
25
11:37 / 08 İyul 2025
Tanınmış iş adamının oğlu faciəvi şəkildə öldü
758
11:31 / 08 İyul 2025
Təyyarə evin üstünə düşdü - VİDEO
33
11:22 / 08 İyul 2025
Moskvaya dolu düşəcək
36
11:12 / 08 İyul 2025
Yeni təyinatlar baş tutub
459
11:09 / 08 İyul 2025
Unun qiyməti açıqlandı
75
10:38 / 08 İyul 2025
Biləsuvarda narkotik dövriyyəsində şübhəli bilinən şəxs həbs olunub
37
10:10 / 08 İyul 2025
Rusiyanın hava limanlarında nə baş verir?
82
10:00 / 08 İyul 2025
Türkiyə hökumətində dəyişiklik olacaq? - Foto
30
09:50 / 08 İyul 2025
Paraşütlə qayaya çırpılıb ölən Nuranənin - Fotoları
151
09:45 / 08 İyul 2025
Rusiya ABŞ-dən həmin şəxslə bağlı nə tələb edir?
34
09:40 / 08 İyul 2025
İçinə girən hər şeyi daşa çevirən qırmızı gölün sirri nədir?
74
09:33 / 08 İyul 2025
SON DƏQİQƏ! Hərbçilərimizin olduğu avtomobil aşdı: Yaralılar var
247
09:30 / 08 İyul 2025
ABŞ Ukraynaya zenit raketləri və yüksək dəqiqlikli sursatların tədarükünü dayandırdı
42
09:20 / 08 İyul 2025
Pezeşkian bunkerdə gizlənməmişdi, İsrail onu niyə hədəf almadı?..
59
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.