Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?
10 Sentyabr 2026, 13:49
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
346
12.07.2024, 15:42
İyulun 12-də İran İslam Respublikasının (İİR) Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi ilə İİR-nin səfirinin vəzifələrini icra edən - müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Qonaqları salamlayan ARVK-nın sədri Anar Bağırov Azərbaycan ilə İran xalqları arasında uzun illər dostluq münasibətlərinin mövcud olduğunu, İİR-nin ölkəmizdəki Səfirliyinin nümayəndələri ilə ilk dəfə görüş keçirdiyini bildirərək, rəhbərlik etdiyi qurumun son illərdəki fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, o cümlədən Kollegiyanın beynəlxalq əlaqələrə verdiyi əhəmiyyətindən danışıb.
Görüşü yüksək qiymətləndirdiyini vurğulayan sədr İran Vəkillər Kollegiyası ilə əməkdaşlığın mövcud olduğunu, Azərbaycandakı İran vətəndaşlarına keyfiyyətli hüquqi yardımın göstərildiyini qeyd edib, eyni zamanda İrandakı Azərbaycan vətəndaşlarına da keyfiyyətli hüquqi yardımın göstərildiyinə inandığını ifadə edib.
İİR-nin Azərbaycandakı səfirinin vəzifələrini icra edən - müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi çıxışında ilk görüşdən məmnun olduqlarını və Kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini söyləyib. O, hər iki dövlətin Vəkillər kollegiyaları arasında gələcək münasibətlərin daha da genişlənməsinin, habelə İran və Azərbaycan vəkilləri arasında sıx fərdi əlaqələrin yaranmasının vacibliyini dilə gətirib.
Görüş çərçivəsində hər iki ölkə arasında qarşılıqlı və keyfiyyətli hüquqi yardımların təşkil edilməsinin ilkin müzakirələri aparılıb və gələcək əməkdaşlıq barədə təkliflər səsləndirilib.
Sonda qonaqlara ARVK-nın dəstəyi ilə nəşr edilmiş “Nizami Gəncəvi: nəsihətləri, kəlamları, hikmət və aforizmləri” adlı kitab və Kollegiyanın rəsmi emblemi hədiyyə edilib.

16:05 / 10 Sentyabr 2026
1
15:50 / 10 Sentyabr 2026
25
15:43 / 10 Sentyabr 2026
31
15:29 / 10 Sentyabr 2026
38
15:09 / 10 Sentyabr 2026
52
14:50 / 10 Sentyabr 2026
47
14:44 / 10 Sentyabr 2026
60
14:38 / 10 Sentyabr 2026
53
14:28 / 10 Sentyabr 2026
57
14:19 / 10 Sentyabr 2026
70
14:11 / 10 Sentyabr 2026
61
13:59 / 10 Sentyabr 2026
83
13:52 / 10 Sentyabr 2026
453
13:49 / 10 Sentyabr 2026
59
13:49 / 10 Sentyabr 2026
153
13:45 / 10 Sentyabr 2026
69
13:44 / 10 Sentyabr 2026
65
13:41 / 10 Sentyabr 2026
62
13:28 / 10 Sentyabr 2026
174
13:23 / 10 Sentyabr 2026
60
13:17 / 10 Sentyabr 2026
64
13:12 / 10 Sentyabr 2026
71
13:01 / 10 Sentyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.