Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103728
az

İcra başçısının şəxsi həyatına müdaxilə edənləri hansı cəza gözləyir? - HÜQUQİ YARDIM 

11:4702 Mart, 2024
1431
HÜQUQ
  • A

Bir sıra saytlarda və sosial şəbəkələrdə Ağsrafa rayon icra hakimiyyəti başçısının 2-ci evliliyi barədə məlumatlar yayılıb. Çütlüyün haqqında bəzi xoşagəlməz ifadələr yazılıb. Bu cür hallar qanunla onların ailə həyatına müdaxilə kimi qiymətləndirilə bilərmi?

 

Oxu24.com  məsələnin  hüquqi  tərəfinə  aydınlıq  gətirib.

 

Mövzu ilə bağlı   sytımıza  danışan  vəkil  Sadiq  Əfəndiyev  bildirib  ki,  kiminsə ailə həyatı haqqında ictimai qaydada xoşagəlməz ifadələr ailə həyatına müdaxilə kimi qiymətləndirilə bilər və bu cür müdaxilə bilavasitə Azərbaycan Respublikasının Konstitusiyası ilə qadağan edilən əməldir.

"İstər məmur, istərsə də sadə bir vətəndaş olsun, fərqi yoxdur, hər kəsin ailə həyatının toxunulmazlığı qanunla qorunur və hər kəsin ailə həyatına qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır.
Məsələn, Başçının 4 uşaq atası olduğu halda ailəsindən boşanıb başqa birisinin münasibətdə olduğu qadınla evlənməsi, uşqlarına sahiblik etməyən şəxsin rayona necə başçılıq edə bilməsi kimi ifadələr işlədilir. 
Bu ifadələrdə nəinki ailə həyatına müdaxilə, hətta insanın şərəf və ləyaqətinin nalayiq formada alçaldılmasının, yəni təhqir cinayətinin elementləri də mövcuddur",-deyə  vəkil  bildirib.

 

Sadiq  Əfəndiyev - Vəkil 

 

Bəs  təhqir cinayətini törəfən şəxsin cəzası nədir?

Vəkil  bildirib  ki, təhqirlə bağlı cəza Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulub. Bu əməli törədən şəxs min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yaxşı olar ki, insanlarımız qanunların qadağasına görə yox, öz düşüncə tərzlərinə görə bu əməllərdən çəkinsinlər. Çox məyusedici bir haldır ki, cəmiyyətimizdə kimlərinsə şəxsi ailə həyatı bəzən biabırçı formada müzakirə obyektinə çevirilir. Boşanan insanlar “ailəsinə sahiblik edə bilmir”, “ailəsinin qədrini bilmir” və s. bu kimi əsassız və alçaldıcı ittihamlara məruz qalırlar.

Uzun illər ailə münaqişəsi ilə bağlı həm ittiham, həm müdafiə tərəfində iştirak etmiş bir şəxs kimi deyim ki, çox vaxt  obyektiv səbəblərdən ailənin qorunub saxlanması həqiqətən də mümkün olmur. Bu baxımdan haqlı olaraq boşanma qərarı vermiş bir şəxsi mənəviyyatsızlıqda qınamaq ən azından ədalətsizlikdir. Digər tərəfdən, kiminsə uğursuz ailə həyatından sanki ələ düşmüş bir fürsət kimi istifadə edərək onu ayrı-ayrı ifadələrlə mənəviyyatsızlıqda ittiham edən kəslər nəzərə almalıdırlar ki, heç kim bu cür hallardan sığortalanmayıb. Onların özləri də  belə bir həyati halla qarşılaşa və eyni düşüncə tərzi ilə əsassız ittihamlara məruz qala bilərlər. 
Ailə həyatına müdaxilə hallarında şəxs öz hüquqlarını necə müdafiə etməlidir? Bəzən bu cür müdaxilə xarakterli məlumatları yayan şəxslərdən şikayət edildikdə onlar bunu ifadə, söz azadlığına təzyiq kimi qiymətləndirirlər.
 İfadə azadlığı demokratik cəmiyyətdə mühüm insan hüquqlarından biridir. Lakin bu azadlıq mütləq deyildir və hüququn müəyyən etdiyi həddi aşmamaqla gerçəkləşdirilə bilər. İfadə, söz azadlığı hər hansı hüquq pozuntusu, cinayət törətmək azadlığı deyildir. Söz və ifadə ilə qanun pozulursa, bu zaman söz və ifadə azadlığından söhbət gedə bilməz. 
Ailə həyatına müdaxilə edilmiş şəxslər vurulmuş mənəvi zərərlə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldıra, eləcə də bu cür müdaxilədə təhqir elementləri olduqd cinayət mühakimə icraatı qaydasında məhkəməyə şikayət verə bilərlər.
Bir daha qeyd edirəm ki, bu kimi neqativ halların qarşısının alınmasında və mümkün qədər azaldılmasında ən effektiv üsul insanlarımızda obyektiv yanaşma, sivil düşüncə tərzinin formalaşdırılmasıdır. Əgər hüquqi və demokratik dövlət quruculuğuna iddia ediriksə, ilk növbədə düşüncələrimizi hüquqa və demokratik dəyərlərə uyğunlaşdırmalıyıq. 

 

Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü