Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9231
az

Qarabağda hər şey 6 aya HƏLL OLUNACAQ: ərazilər qaytarılır, əvəzində... - Trampın tələbi ÜZƏ ÇIXDI

14:2724 Yanvar, 2019
862
  • A
 

“ABŞ prezidenti Donald Trampın Nikol Paşinyana təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi haqqında dediyi sözlər əslində tələbdir. Məlumdur ki, münaqişə yalnız Azərbaycan ərazilərinin qaytarılması ilə mümkün ola bilər”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Dmitri Verxoturov deyib.

Onun sözlərinə görə, Tramp adətən belə təbriklərin altına imza atır: “Bu məktublar Trampın və dövlət katibinin təlimatı ilə Dövlət Departamenti tərəfindən hazırlanır. Görünür, Trampın məsləhətçiləri Cənubi Qafqazda yeni siyasi raundu oynamağa qərar verdilər. Çünki ABŞ-ın əvvəki siyasəti uğursuz oldu. Vaşinqton uzun illər Gürcüstanı pro Amerika ölkəsi etməyə çalışırdı, lakin nəticəsi istənilən kimi olmadı. Tramp regionda yeni dayağı tapmağa çalışır. Regionda yeganə dayaq ola biləcək ciddi ölkə Azərbaycandır. Azərbaycan bütün regionun gələcəyini müəyyənləşdirə biləcək gücdür. Azərbaycanın ABŞ-a yaxınlaşması üçün Vaşinqton Bakıya nəsə təklif etməlidir. Bu təklif nə ola bilər? Aydındır ki, Dağlıq Qarabağ məsələsi. Bütövlükdə istənilən xarici aktorun Cənubi Qafqazda siyasi kombinasyaları Qarabağa və bu münaqişənin həllinə gətirib çıxarır”.

Rusiyalı ekspert qeyd edib ki, Tramp üçün Qarabağın Ermənistanın nəzarətində qalması, yaxud tanınmamış ərazi kimi olması tamamilə əlverişsizir.

“Bundan heç bir xeyir gəlməyəcək. Buna görə də Tramp Paşinyana təzyiq göstərməyə qərara gəldi. Sülh, ticarət, dostluq, əlbəttə yaxşıdır, lakin Qarabağı qaytarmaq lazımdır. Türkiyə üçün də Ermənistanla diplomatik münasibətlərin olmaması sərfəli deyil, lakin Azərbaycanın maraqları təmin olunmadan buna getmir. Buna görə Ankara Qarabağ münaqişəsi həll olunmadan heç bir münasibət qurmayacağını deyir. Prinsip etibarilə, Türkiyə üçün Ermənistan iqtisadi bazar və qaz kəmərlərinin tranziti üçün yaxşı ərazi olardı. Enerji problemləri ilə üzləşən Ermənistan üçün də bu çox əlverişli variant ola bilər. Biz müşahidə edirik ki, Ermənistandan fərqli olaraq Azərbaycana təzyiq göstərmirlər. Birincisi, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycanındır, ikincisi, Azərbaycan əlverişli tərəfdaşdır. İndi Ermənistanla sövdələşmə aparırlar: ərazilərin qaytarılmasına əvəz olaraq yeni təkliflər irəli sürürlər. Faktiki olaraq, beynəlxalq ictimaiyyət qoşunların çıxarılmasını tələb edir”, - deyə o bildirib.

D.Verxoturov Paşinyanın çətin siyasi qərar qəbul etməli olacağını vurğulayıb: “Bu, Ermənistan rəhbəri kimi onun üçün tarixi qərar ola bilər. Lakin Paşinyanın başqa seçimi yoxdur. Ermənistan üçün isə münaqişənin həllindən sonra yeni iqtisadi imkanlar açılacaq. Erməni qoşunlar ərazilərdən çıxarılır, əvəzində Azərbaycan hansısa zəmanətlər verir. Artıq İrəvanla danışıqlar prosesi başlandı, həmsədrlərin bəyanatından belə görünür ki, sövdələşmə aparılır. İrəvan deyir ki, prinsip etibarilə rayonları qaytarmağa hazırıq, lakin əvəzində nə alacağıq? Təxminən yarım il ərzində tərəflər razılaşa bilərlər. Hesab edirəm ki, Ermənistanda hakimiyyət dəyişikliyinə görə münaqişənin həllində müsbət dönüş ola bilər. Çünki Nikol Paşinyan “Qarabağ klanı”na aid olmayan siyasətçidir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
Teymur Kərimovun 9 il həbsi    tələb    edildi